Son illərdə dünyada baş verən qlobal iqlim dəyişiklikləri nəticəsində Azərbaycanda da yay aylarında hava temperaturunun yüksəlməsi və anomal istilər müşahidə edilir. Xüsusən Bakı şəhəri və Abşeron yarımadasında, Aran bölgəsində və Naxçıvan Muxtar Respublikasında yay günlərində temperaturun 40 dərəcə və daha yüksək olması qeydə alınır.

İsti hava insan orqanizminə sağlamlıq baxımından əhəmiyyətli dərəcədə təsir göstərir. İnsan orqanizmi, bir qayda olaraq, bədən temperaturunu təxminən 36,5–37,5 dərəcə arasında balansda saxlamağa çalışır. Lakin ətraf mühit çox isti olduqda həmin tarazlığı qorumaq çətinləşir.

Bunu AZƏRTAC-a açıqlamasında Mərkəzi Neftçilər Xəstəxanasının həkim-terapevti Billurə Həsənova deyib.

Mütəxəssisin sözlərinə görə, isti iqlim şəraitində xüsusən yaşlılar, hamilə qadınlar və uşaqlar, açıq havada çalışan insanlar, eləcə də xroniki xəstəlikləri olan şəxslər həssas qruplar hesab olunurlar. O bildirib ki, ürək-damar, ağciyər, xroniki böyrək, şəkərli diabet və həzm sisteminin xroniki xəstəliklərindən əziyyət çəkən şəxslər sağlamlıqlarına qarşı daha diqqətli olmalıdırlar: "İsti havanın təsirindən tərləmə artır, orqanizmdə su və elektrolit itkisi baş verir. Nəticədə güclü susuzluq hissi, ağız quruluğu, baş ağrısı, başgicəllənmə, halsızlıq, sidiyin miqdarının azalması və rənginin tündləşməsi müşahidə edilir ki, bu əlamətlər dehidrasiyadan (susuzlaşmadan) xəbər verir. Ürək-damar xəstəlikləri olan şəxslərdə arterial təzyiqin enməsi, təngənəfəslik, ürək döyüntülərinin sürətlənməsi və halsızlıq kimi hallar müşahidə oluna bilər. İsti və rütubətli hava astma xəstəliyi üçün tətikləyici (trigger) amil sayılır. Bu cür şəraitdə uzun müddət qalmaq nəfəs darlığı, təngənəfəslik və boğulma əlamətlərinin yaranmasına səbəb ola bilər.

Bununla əlaqədar dəniz kənarında istirahət edən vətəndaşlarımız da diqqətli olmalıdırlar. Əgər ətraflarında olan hər hansı bir şəxsdə şüurun pozulması, şüur qarışıqlığı, qıcolma, huşun itməsi və dərinin həddindən artıq isti olmasını müşahidə edərlərsə, bu, günvurma (istilik vurması) əlaməti ola bilər. Belə hal təcili tibbi yardım tələb edən təhlükəli vəziyyətdir. Belə hallarda dərhal həmin şəxs kölgəli və sərin yerə aparılmalı, bədəni soyudulmalı və Təcili Tibbi Yardıma müraciət edilməlidir".

Həkim-terapevt vətəndaşlara istinin mənfi təsirlərindən qorunmaq üçün tövsiyələr də verib: “Gün ərzində kifayət qədər su için, susamağı gözləməyin.

Saat 11:00–16:00 aralığında mümkün qədər qapalı və sərin mühitdə olun, birbaşa günəş şüaları altında uzun müddət qalmayın. Alkoqollu, enerji, həddindən artıq kofeinli və şəkərli içkilərin qəbulunu məhdudlaşdırın. Ağır fiziki fəaliyyətləri səhər və axşam saatlarına planlaşdırın. Dəniz kənarında papaq, günəşdən qoruyucu krem və gün eynəyindən istifadə edin. Açıq rəngli, yüngül və pambıq parçadan hazırlanmış geyimlərə üstünlük verin. Şəkərli diabeti olan şəxslər qan şəkərinin səviyyəsini mütəmadi ölçsünlər, ürək-damar xəstəlikləri olanlar arterial təzyiqlərini müntəzəm nəzarətdə saxlasınlar və həkim tərəfindən təyin olunmuş dərmanları vaxtında qəbul etməyi unutmasınlar. Test-stripləri və dərman preparatlarını birbaşa günəş şüaları altında saxlamayın. Avtomobildə uşaqları və ev heyvanlarını nəzarətsiz və tək qoymayın".

Son xəbərlər

İsti havanın insan orqanizminə mənfi təsiri və ondan qorunma üsulları – Həkim məsləhəti

Xəzər dənizində zəlzələ olub

Bakıda evdə meyit tapıldı

Messi "MLS Ulduzlar matçı"nın heyətindən çıxarıldı

Almaniyada yüngülmühərrikli təyyarə yaşayış evinə çırpıldı - 2 pilot həlak oldu

Dünyanın NAĞIL KİMİ 15 mənzərəsi

Ukrayna Xəzərdə İrana aid ticarət gəmisini vurdu - Ölən var

QAÇILMAZ FACİƏlƏRƏ SƏBƏB OLA BİLƏCƏK BU HALLARIN QARŞISI ALINMALIDIR

KÖÇƏ QOŞULURAM BAHAR GƏLƏNDƏ

ELXAS MÜƏLLİM TƏŞƏKKÜR EDİRƏM, DİQQƏT VƏ DƏYƏRİNİZ ÜÇÜN.

Bal yeyərkən bunlara diqqət edin!

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq edildi

Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verdi

Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb

Tural Abbaslı: ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur”

Professor İsmixan Rəhimovun sevimli tələbələrindən biri...

Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq

Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib

Cəlilabad ədəbi mühitinin öz ziyalısına təşəkkürü

Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün xəbərdarlıq edilib

Yaponlar niyə yerdə yatır? - Yataqsız evlərin sirri

Azərbaycan futzal komandası Avropa Universitet Oyunlarında ikinci olub

BDYPİ isti hava ilə bağlı sürücülərə xəbərdarlıq etdi

Bu məhsulları soyuducuda saxlamaq olmazmış - Ekspert səbəbləri açıqladı

Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanıldı

Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub

Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb

Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031