Xəbərlər
26.07.2026, 00:38
Almaniyada yüngülmühərrikli təyyarə yaşayış evinə çırpıldı - 2 pilot həlak oldu
Almaniyada göyərtəsində iki nəfərin olduğu yüngülmühərrikli təyyarə qəzaya uğrayaraq fərdi yaşayış evinin damına çırpılıb. Nəticədə hər iki pilot həlak olub.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Aşağı Saksoniya əyalətinin Oldenburq şəhəri yaxınlığında yerləşən Qanderkeze bələdiyyəsində baş verib. Yüngülmühərrikli təyyarə hündürlüyünü itirməyə başlayıb və burun hissəsi ilə fərdi evin damına çırpılıb. Zərbənin təsirindən dam deşilib və tikiliyə ciddi ziyan dəyib.
Hava hərəkətinin izlənilməsi xidmətlərinin məlumatına görə, qəzaya uğrayan təyyarə uzunluğu təxminən 8 metr olan Tecnam P2010 TDI modelidir. Təyyarə səhər saatlarında Bremen şəhərindən havaya qalxıb, Ganderkezee aerodromunda qısa müddətlik eniş edib və oradan yenidən havaya qalxdıqdan cəmi altı dəqiqə sonra qəzaya uğrayıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay