Xəbərlər
29.07.2026, 01:44
Mən böyüdüm, saçlarıma dən düşdü, amma içimdəki 5 yaşlı uşaq hələ də qardaşını axtardı - FOTO
Mir Asif Tağıyev
Əziz qardaşım cəmi 29 yaşında ikən bu fani dünyaya vida etdi. O zaman mənim cəmi 5 yaşım vardı. Mən onunla çiyin-çiyinə addımlamadım, həyat dərslərini ondan eşitmədim, qardaş arxasının necə bir nemət olduğunu yaşamadım. Amma bir şeyi həmişə hiss etdim: onun mənə olan sevgisi, mənim üçün qurduğu arzular və məni xoşbəxt görmək istəyi sonsuz idi.
İllər keçdi... Mən böyüdüm, saçlarıma dən düşdü, amma içimdəki 5 yaşlı uşaq hələ də qardaşını axtardı. Hər zaman düşündüm ki, görəsən, bu gün yanımda olsaydı, mənə nə deyərdi, mənimlə necə fəxr edərdi?
Bu il isə mənim üçün başqa bir mənəvi təsəlli oldu. Düz 35 illik həsrətdən sonra qardaşımın qolundan açılan saat gəlib mənə çatdı. O saat mənim üçün sadəcə zamanı göstərən bir əşya deyil. O, qardaşımın mənə çata bilməyən əlinin istiliyi, deyə bilmədiyi sözlərin sükutu və yarımçıq qalan ömrünün mənə əmanətidir.
İndi hər dəfə o saata baxanda, sanki zaman dayanır. Əqrəblər mənə saatı deyil, 35 ilin həsrətini göstərir. Sanki qardaşım illərin o üzündən mənə deyir: “Mən həmişə səninləyəm.”
Əziz qardaşım, mən qardaş sevgisinin dadını bilmədim, amma qardaş yoxluğunun nə qədər ağır olduğunu bir ömür yaşadım. Sən bu dünyadan köçsən də, mənim qəlbimdə heç vaxt ayrılmadın.
Uca Allah sənə rəhmət eləsin, məkanını cənnət, ruhunu şad etsin. Sənin mənə olan arzuların yarım qalmadı, çünki mən bu gün də sənin sevginin və dualarının kölgəsində yaşadığıma inanıram.
Ruhun şad olsun, əziz qardaşım. Sənin qolundan açılan o saat artıq mənim biləyimdə deyil, mənim qəlbimdə döyünür...
29 iyul... Bu tarix mənim üçün sadəcə bir gün deyil, 35 ildir qəlbimdə daşıdığım qardaş həsrətinin, yarımçıq qalan arzuların və dinməyən nisgilin adıdır.
Əziz qardaşım cəmi 29 yaşında ikən bu fani dünyaya vida etdi. O zaman mənim cəmi 5 yaşım vardı. Mən onunla çiyin-çiyinə addımlamadım, həyat dərslərini ondan eşitmədim, qardaş arxasının necə bir nemət olduğunu yaşamadım. Amma bir şeyi həmişə hiss etdim: onun mənə olan sevgisi, mənim üçün qurduğu arzular və məni xoşbəxt görmək istəyi sonsuz idi.
İllər keçdi... Mən böyüdüm, saçlarıma dən düşdü, amma içimdəki 5 yaşlı uşaq hələ də qardaşını axtardı. Hər zaman düşündüm ki, görəsən, bu gün yanımda olsaydı, mənə nə deyərdi, mənimlə necə fəxr edərdi?
Bu il isə mənim üçün başqa bir mənəvi təsəlli oldu. Düz 35 illik həsrətdən sonra qardaşımın qolundan açılan saat gəlib mənə çatdı. O saat mənim üçün sadəcə zamanı göstərən bir əşya deyil. O, qardaşımın mənə çata bilməyən əlinin istiliyi, deyə bilmədiyi sözlərin sükutu və yarımçıq qalan ömrünün mənə əmanətidir.
İndi hər dəfə o saata baxanda, sanki zaman dayanır. Əqrəblər mənə saatı deyil, 35 ilin həsrətini göstərir. Sanki qardaşım illərin o üzündən mənə deyir: “Mən həmişə səninləyəm.”
Əziz qardaşım, mən qardaş sevgisinin dadını bilmədim, amma qardaş yoxluğunun nə qədər ağır olduğunu bir ömür yaşadım. Sən bu dünyadan köçsən də, mənim qəlbimdə heç vaxt ayrılmadın.
Uca Allah sənə rəhmət eləsin, məkanını cənnət, ruhunu şad etsin. Sənin mənə olan arzuların yarım qalmadı, çünki mən bu gün də sənin sevginin və dualarının kölgəsində yaşadığıma inanıram.
Ruhun şad olsun, əziz qardaşım. Sənin qolundan açılan o saat artıq mənim biləyimdə deyil, mənim qəlbimdə döyünür...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


















