Xəbərlər
17.12.2021, 00:24
Cümşüd Aydəmirov - Baba
Baba
Digahda uyuduğu məzarı ziyarət yeri olan ulu Aydəmir babamın əziz xatirəsinə
Uyuduğun məzarlıq bir ziyarət yeridir,
Əməllərin bu gün də bələdçindir elə bil.
Tikdirdiyin o məscid sənin öz əməyindir,
Xatırlanırsan kənddə sevilirsən ilbəil.
Qədim məzarlıq yeri,burda kimlər uyuyur!?
Kimləri ətrafına yığmısan sən,ay baba?
Didikdidik baş daşı torpaqlaşıb quruyur,
Ağac kimi məzardan dikəlmisən ay baba!
Min doqquz yüz on səkkizin "Qanlı dərə"tarixi,
Yaddaşlardan silinməz xatırlanar həmişə.
Qanlı vuruşmalarda şəhid olan neçəsi,
Yanında dəfn olunub qovuşub əbədiyyətə!
Qonşu Balas əmini unutmaram heç zaman,
Erməni hücumuna sinə gərmiş o qoca,
Torpaq topası altda qalıb cansız yarımcan,
Danışığı anlaqsız,pəltək olan o qoca.
Erməni vəhşiliyi ara vermir,ay baba,
Nə qədər igidlərin ömrü nakam qırılıb!
Kəndim neçə şəhidə qucaq açıb, ay baba,
Neçə-neçə oğulun qol qanadı qırılıb!
Bir xatirə yeridir qan axan"Qanlı dərə",
O yara qurumayıb,ara sıra qan verir.
Başı daşla əzilib,məğlub olmayıb hələ,
Yeddi canlı murdardır,düşmən hələ can verir.
Uyuduğun məzarlıq bir ziyarət yeridir,
Əməllərin bu gün də bələdçindir elə bil.
Tikdirdiyin o məscid sənin öz əməyindir,
Xatırlanırsan kənddə sevilirsən ilbəil.
Aydəmirov Cümşüd,
Quba, Digah. noyabr 2020

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay