Bu gün may ayının 24 - dü 2026 cı il tarixi...Gözəl bir yaz günü, təbiətin bir az buludlu, bir az küləkli həzin yaz səhəri. "Qoşma" ədəbi məclisinin hər ayın sonunda düzənlədiyi günlərdən biri.

Bu gün öz imzasıyla, poetik duyumlu şeirləriylə ədəbi mühitdə öz sözünü yetərincə demiş şair, gözəl insan Mayıl Məmmədlinin sözünün işiğina toplaşmışıq..May ayinın 24 gününü məhz Mayil Məmmədli yaradıcılığına həsr etmişik..Tədbiri giriş sözüylə "Qoşma" ədəbi məclisinin sədri, şair Qəzənfər Məsimoğlu "Qoşma" şeiriylə açdı .Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu, dövlət himnimiz səsləndi..
Sonra aparıcılar Qəzənfər Məsimoğlu və Əzizə Agahüseynqızı Mayıl Məmmədlinin həyat və yaradicilığından dinləyicilərə məlumat verdilər. Söz qonaqlara verildi..Məclisdə şairin qələm dostları, doğmaları, tələbə vaxtı ona dərs deyən müəllimi, ictimaiyyət, media nümayəndələri iştirak edirdilər.Hər zaman "Qoşma" ədəbi məclisinin tədbirlərində fəal iştirak edən şairlərdən İldırım Əlisoglu, Vahid Çəmənli, Adil Cəfakeş, Mirsəyyaf Zamanlı, Xəlil Mirzə, Cəmil Dadaşov, Sevil Babayeva ( "Qaraca qız" filmində Tutu obrazını oynayan aktyor..) Xəlil Əhmədoğlu, Fərman Saracoğlu, Alim Aslanoğlu, Etibar Xəlilov, İslah Qəmbərov, Babək Nuriyev, Bəsti Bərdəli, Mehman Mayılxanlı, Mehman İsmayılov, Ramilə Əliyeva, Fəridə Əsədova, Şəfiqə Məmmədova, Zülfiyyə İsmayılova, Yaşar Kamaloğlu, Yunis Qaraxanlı, Elza Gülməmmədova, Sona Həsənova, Mütalib Tahiroğlu, Yaqut xanım, Həmzə Həqqani iştirak edirdilər. Məclisin ən maraqlı və kövrək məqamı Mayıl Məmmədlinin universitet müəllimin məclisdə istirakı, çıxışı oldu. Otuz beş il öncə Mayıl müəllim şeirlərini bloknota yazıb müəlliminə hədiyyə etmişdi, bu gün həmin blaknot məclisə gətirilmişdi. Gözəl xatirə idi...
Məclis boyu Mayil Məmmədlinin şeirlərindən söylənildi, onun şəxsiyyəti, cəmiyyətdə tutduğu mövqedən maraqla söhbət açıldı.
Mayıl Məmmədlinin söz dünyası çox maraqlıdi. Şeirləri sevildiyi kimi, onun dostlar arasında, cəmiyyətdə, ailədə də nüfuzu gözə carpır..O həm qayğikes ata, sevimli babadır..Nəvələrini, eləcə də körpələri çox sevir.. Dünyani azad, firavan görmək istəyir..
Biz də Qoşma ədəbi mclisi olaraq öhdəmizə düsən nə varsa çalışırıq ki, ədəbi mühitdə, sosial şəbəkələrdə imzası görünən qələm dostlarımızın yaradıcılığına bacardığımız qədər köməklikləri edək. Meclisimizin məramı, məqsədi budur: xeyirxahlıq, diqqət və qayğı .
Sonda xatirə şəkilləri çəkildi..
Var olun dostlar növbəti görüslərədək.
Səmimiyyətlə "Qoşma" əsəbi məclisinin poeziya şöbəsinin rəhbəri ..
ƏZİZƏ AĞAHÜSEYNQIZI
24.05.2026




















Son xəbərlər

Azərbaycan Premyer Liqasında IX tura bu gün iki oyunla start veriləcək

"Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb

Bu ərazilərdə işıq olmayacaq

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi - FOTOLAR

"Deha"dan sonra bu seriala çəkiləcək - FOTO

Sahibkar “Süni intellekt” adlı yeni siyasi partiya yaratdı

3 yaşlı uşaq traktorun qoşqusu altında qalaraq öldü

İtaliyadakı qıtlıq Merkeli şoka salıb

Meyvə və tərəvəzlərin qida dəyəri 50 faiz azalıb – XƏBƏRDARLIQ

Sazın və Sözün Şirvan Zirvəsi

Payızda yaz yaşayırıq – Alimlərin xəbərdarlıq etdiyi GİZLİ TƏHLÜKƏ

Sevinc YUNUSLU : Bağışla ilahi məni, bu gecənin xətrinə… - FORO

Bu serialın heyətində dəyişiklik ediləcək

Çində güclü zəlzələ oldu

✍️ Tapdıq ƏLİBƏYLİ : BELƏ DƏ OLUR...

Etiraz aksiyalarını qadağan edəcəklər

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Abşeronda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib

Hindistanın xarici işlər naziri sabah Azərbaycana səfər edəcək

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Sutka 25 saat olacaq: nə vaxt baş verəcəyi HESABLANDI

15 il sonra eyni filmdə... - Fotolar

Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

“Sənə yetməyin bircə yolu var: Yanmaq!!!”

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Milli Məclis Fransada kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib, çağırış edib

"The New York Times": ABŞ və İsrail İrana yeni zərbələr endirməyi planlaşdırır

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031