
Xəbərlər
23.12.2021, 20:51
Cümşüd Aydəmirov - Bu qış
Bu qış
Qış qədəmin çox sərt atdı,mübarək!
Deyir payızla iş qurmuşuq müştərək!
Xurma ağacdadır hələ neyləyək?
Lopa qarla əzizlənir xurmalar,
Xurma kimi göz oxşayır yağan qar.
Yaşlılar da uşaqlaşıb sevinir,
Uşaqlarsa şirinləşib,şellənir.
Gecə-gündüz ağ geyinib bəzənir,
Bu gecədir yoxsa gündüz bilinmir,
Gecə sanki yağan qar tək əriyir.
Çətin keçən o uşaqlıq illəri,
Xatırlanır hafizəmdə günləri.
Sərt olurdu o illərdə qış fəsli,
Anam bəzən qışdan kömək umurdu,
Qışa görə ehtiyatı olurdu.
El obaya bir həzinlik ələnir,
Qar ağaclar budağıyla əyilir,
Cik-cik sərçə gözüylə qış gətirir,
Bu qış bizə xoş müjdələr gətirsin,
Sevinc dolu gül bahara yetirsin!
Cümşüd Aydəmirov,
Xudat. 22 .12.21
Qış qədəmin çox sərt atdı,mübarək!
Deyir payızla iş qurmuşuq müştərək!
Xurma ağacdadır hələ neyləyək?
Lopa qarla əzizlənir xurmalar,
Xurma kimi göz oxşayır yağan qar.
Yaşlılar da uşaqlaşıb sevinir,
Uşaqlarsa şirinləşib,şellənir.
Gecə-gündüz ağ geyinib bəzənir,
Bu gecədir yoxsa gündüz bilinmir,
Gecə sanki yağan qar tək əriyir.
Çətin keçən o uşaqlıq illəri,
Xatırlanır hafizəmdə günləri.
Sərt olurdu o illərdə qış fəsli,
Anam bəzən qışdan kömək umurdu,
Qışa görə ehtiyatı olurdu.
El obaya bir həzinlik ələnir,
Qar ağaclar budağıyla əyilir,
Cik-cik sərçə gözüylə qış gətirir,
Bu qış bizə xoş müjdələr gətirsin,
Sevinc dolu gül bahara yetirsin!
Cümşüd Aydəmirov,
Xudat. 22 .12.21
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay








