HACIMƏMMƏD MƏMMƏDOV

Elə bir insan yoxdur ki, həyatının müəyyən mərhələlərində bir anlıq da olsa, geri boylanıb keçdiyi ömür yoluna nəzər salmaq, götür-qoy etmək zərurəti duymasın. Xüsusilə insan yaşa dolduqca, kamilləşdikcə buna daha çox ehtiyac hiss edir.
Nədənsə, çoxları bu geri boylanamadan məmnun qalmır, keçdiyi həyat yolundan daim danışırlar. Yola saldığı illərdə ciddi nailiyyətə imza ata bimədiklərindən gileylənirlər. Maraqlısı odur ki, çox zaman da bunun günahını özlərində deyil, zamanda, taledə axtarmağa çalışırlar. Əslində belə insanlar özlərini bəxtin, taleyin ümidinə buraxanlar, əllərini zəhmətə bulamaq istəməyən, və yaxud da həyatın müəyyən yolayrıclarında doğru-düzgün istiqamət seçə bilməyənlərdir.

Lakin, daim zəhmətlə yaşayan, çalışan, işinə, peşəsinə candan bağlı olan insanlar həyatının hansı mərhələsindən baxırlarsa baxılsınlar, geridə kifayət qədər uğurlar, nailiyyətlər olduğunun görə bilirlər. Əslində belələrini də iki yerə ayırmaq olar: birincilər tək özü üçün qazananlar, ikincilər isə həm özü həm də cəmiyyətə qazandıranlardır. Bax, bu ikinci kateqoriyaya aid olanlar özlərini daha xoşbəxt hiss edə bilirlər. Çünki, kamil insan həm də ətrafı, yaşadığı eli-obası, cəmiyyəti, ölkəsi, xalqı, dövləti üçün yaşayır, öz çiyinlərini daha böyük yüklərin altına verə bilir.
Cəmiyyətin ehtiyacı olan belə fədakar insanlardan, əsl ziyalılardan biri də tanıdığımız, savad və mərifətinə bələd olduğumuz Elmir Namik oğlu Ağayevdir.
ELMİR AĞAYEV

Elmir Ağayev 7 iyun 1983-cü ildə anadan olmuş, 1989-cu ildə 1 nömrəli tam orta məktəbin birinci sinfinə getmişdir. 2000-ci ildə orta təhsilini başa çatdırmışdır. 2002-ci ildə Bakı Dövlət Universitetinin fəlsəfə fakultəsinə qəbul olunmuş, 2007-ci ildə müvəffəqiyyətlə universiteti bitirmişdir.
Elmir bir müddət musiqiçilərlə birlikdə toy şənliklərində və müxtəlif rayon tədbirlərində iştirak edərək, xüsusi istedadı ilə fərqlənmişdir. Sehrli səslər aləmini həmişə gözəlləşdirməyə çalışmışdır. İnsanların qəlbini riqqətə gətirən musiqi alətləri ilə bu gün də Elmir müəllim lazım olanda məşğul olur.
Elmir Namik oğlu Ağayev 2013-cü ildən hal-hazıra kimi İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində müəllimdir. 2021-ci ildən irəli çəkilərək kollecin əyani şöbə müdiri vəzifəsinə təyin edilir.
Pedoqoji fəaliyyəti dövründə daim axtarışda, mütaliədə olan Elmir müəllim zəngin biliyi, metodik təcrübəsi, yaradıcı işi, ictimai fəallığı və təşkilatçılıq bacarığı ilə qısa müddətdə tanınan, hörmətlənən müəllimlərdən biri olmuşdur.
Kollecdə təlim-tərbiyənin vəhdətini yaratmaq, tələbələrə yüksək əxlaqi keyfiyyətlər aşılamaq, mözuları daha canlı və maraqlı keçirmək üçün müəllimlərlə geniş iş aparır. Elmir müəllim geniş yaradıcı diapazona malikdir. Nitq mədəniyyəti yüksəkdir.
Elmir müəllim çalışır ki, tələbələrlə öz arasında hörmət, ehtiram təbii olsun. Tələbələr ona inansınlar, etibar etsinlər. Bir-birinin şəxsiyyətinə hörmət olunsun. Elmir müəllim tələbələrlə məsləhətləşmələr aparır, açıq söhbət edir, müxtəlif variantlar qoyur, təhlil aparır, nəhayət qərara alır, hər hansı bir tədbirə hazırlaşarkən bu üsuldan istifadə edir. Tələbələri ciddi diskusiyaya qoşur. Bu da maraqla qarşılanır.
Elmir müəllim yaradıcı, yenilikçi müəllim olmaqla bərabər, həm də gözəl, xeyirxah insandır. Tələbələrin, valideynlərin və müəllimlərin sevimlisidir. İşini günün tələbləri səviyyəsində qurmaq üçün ixtisası üzrə elmi və pedoqoji ədəbiyyat yeniliklərini izləyir, həmkarlarının qabaqcıl təcrübəsini öyrənib, işində tətbiqinə çalışır.
Elmir müəllim kollecin və rayonun ictimai həyatında da fəal iştirak edir. O, Yeni Azərbaycan Partiyasının üzvüdür. Sayılıb-seçilən insan 2025-ci ildə keçirilən Bələdiyyə seçkilərinə qoşulmuş və uğur qazanaraq İsmayıllı Bələdiyyəsinə üzv seçilmişdir. O, yorulmadan çalışır. Bu mənada E.Ağayevi hələ qarşıda daha böyük uğurlar gözləyir. Çünki onun buna həm həvəsi, həm də enrjisi var.
Biz də bu mənada Elmir müəllimə uzun və sağlam ömür, yeni uğurlar arzulayırıq. Ailəlidir, iki övladı var.

Son xəbərlər

Tramp administrasiyası idxalçılara 100 milyard dollarlıq gömrük rüsumunu geri qaytarıb

22 milyonluq təklifi rədd etdi, “Real”la bağlı hər şeyi sildi

Azərbaycan Qızıl Aypara Cəmiyyətində görüş

"Fənərbağça" ÇL-də "Şturm"a qalib gəldi

Sulutəpədə avtoservisdə yanğın baş verib

Üç uşaq anası estetik əməliyyatdan sonra ölüb - “Bacımı torpağın altına qoydu...”

Daşdəmir ƏJDƏROĞLU : BİR ÖMRÜN İŞIĞI - FOTOLAR

Makron Ukraynanı terror törətməyə çağırıb

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

"Mənə aid edilən bəzi fikirlər təhrif olunub" - Hikmət Hacıyev

“Yeraltı”nın aktyorları sevgilidir - “Melek”in atası prokurorluğa şikayət etdi

45 yaşını belə qeyd etdi - Foto

AZƏRBAYCAN ƏHALİSİNİN CƏMİ 4.6 FAİZİ 70 YAŞ HƏDDİNİ KEÇİR

Azərbaycanda sosial şəbəkələrlə bağlı yeni mərhələ: Uşaqlar necə qorunacaq?

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Nigar Fərhadın əri həbs edildi

Məşhur cütlüyün nişan üzüklərinin qiyməti diqqət çəkdi - FOTO

Vüsal Aslanovdan yeni rəis - Təyinatları

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

BİR ABIRLI İNSAN KÖÇDÜ DÜNYADAN - OQTAY KƏRİMOV... FOTİLAR

Ömrün ən müdrik və gözəl zirvəsi - FOTO

Macarıstan məktubları.. - FOTO

1 MİLYON TİRAJLI "SƏHƏR" QƏZETİNİN İŞIĞI

Beynəlxalq İşıqfor Günü...

Çin ABŞ-yə qarşı sanksiyalar tətbiq edib və ixrac məhdudiyyətlərini sərtləşdirib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31