Xəbərlər
6.06.2026, 13:59
Gülnarə Məhəmmədqızı : İnsanları Tanıdıqca - FOTO
İnsan olan yerdə insanlıq gəzdim,
Bəzən daş atdılar, əzildim, dözdüm.
Aradım, axtardım, tanıdım bir-bir,
Hər kəsin içində gizlənmiş bir sirr.
İnsan var görünmür nə sağ, nə solu,
Gördüm ki, insan var qəlbi nur dolu.
İçimiz bir dünya, qonaq gəlirik,
Bir az əylənirik, bir az gülürük.
Bəzən insanlara dəyişir güman,
Tanıdır üzləri keçdikcə zaman.
Sevgi olan yerdə isinirik biz,
Mərifət, vicdandır bir xəzinəmiz.
Oxunmur hər üzdən qəlbin kitabı,
Bəzən yara vurur bir söz xitabı.
Sınarsa bir könül, olmur faydası,
Budur insanlığın böyük bəlası.
İnadkar insanla dil tapmaq çətin,
Gedər hədər yerə etdiyin cəhdin.
Nadana min söylə, haqqı anlamaz,
Onda qeyrət hissi heç vaxt oyanmaz.
Hələ insanlar var qəlbi saf, təmiz,
Onların varlığı səltənətimiz.
İnsanlıq eşqi ilə yaşayan kəslər,
İçində bir sevgi böyüdüb bəslər.
Bəzən daş atdılar, əzildim, dözdüm.
Aradım, axtardım, tanıdım bir-bir,
Hər kəsin içində gizlənmiş bir sirr.
İnsan var görünmür nə sağ, nə solu,
Gördüm ki, insan var qəlbi nur dolu.
İçimiz bir dünya, qonaq gəlirik,
Bir az əylənirik, bir az gülürük.
Bəzən insanlara dəyişir güman,
Tanıdır üzləri keçdikcə zaman.
Sevgi olan yerdə isinirik biz,
Mərifət, vicdandır bir xəzinəmiz.
Oxunmur hər üzdən qəlbin kitabı,
Bəzən yara vurur bir söz xitabı.
Sınarsa bir könül, olmur faydası,
Budur insanlığın böyük bəlası.
İnadkar insanla dil tapmaq çətin,
Gedər hədər yerə etdiyin cəhdin.
Nadana min söylə, haqqı anlamaz,
Onda qeyrət hissi heç vaxt oyanmaz.
Hələ insanlar var qəlbi saf, təmiz,
Onların varlığı səltənətimiz.
İnsanlıq eşqi ilə yaşayan kəslər,
İçində bir sevgi böyüdüb bəslər.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










