
Xəbərlər
6.06.2026, 13:00
Əzizə Ağahüseynqızı : Bu dərdli torpağin daşına dönüm - FOTO
DƏRDİMİ
Qəlbi işitməyə oda istərəm,
Ümman təsnəsiyəm, ada istərəm,
Halıma yanmağa ata istərəm,
Çırpa, şillələyə, döyə, dərdimi.
Qaranlıq düyünlər xeyrə çözülsûn,
Göz yaşım sevincdən axıb süzülsün,
Verim dəyirmana bəlkə üyünsün,
Ya gedim danışım suya dərdimi?
Yandırır könlümü gözdən axan yaş,
Susuram dil açır çoldə qara daş,
Hanı inandığım o falçı qardaş
Günün göy əskiyə düyə, dərdimi.
Taxıb qulağına ulduzdan tana,
Yənəmi qurursan göylərdə hana,
Nağillar mələyi a cəhrə ana,
Götürüb keçirsən iyə dərdimi!
Bu dərdli torpağin daşına dönüm,
Piyalə gözlərin yaşına dönüm,
Ulu yaradanın başına dönüm,
Götürüb apara göyə, dərdimi.
Amma qorxuram ki, yağdıra yerə,
Təzədən leysantək sağdıra yerə,
Çevirəm misraya sözə, şeirə,
Yenə özüm duram yiyə, dərdimə.
Ümman təsnəsiyəm, ada istərəm,
Halıma yanmağa ata istərəm,
Çırpa, şillələyə, döyə, dərdimi.
Qaranlıq düyünlər xeyrə çözülsûn,
Göz yaşım sevincdən axıb süzülsün,
Verim dəyirmana bəlkə üyünsün,
Ya gedim danışım suya dərdimi?
Yandırır könlümü gözdən axan yaş,
Susuram dil açır çoldə qara daş,
Hanı inandığım o falçı qardaş
Günün göy əskiyə düyə, dərdimi.
Taxıb qulağına ulduzdan tana,
Yənəmi qurursan göylərdə hana,
Nağillar mələyi a cəhrə ana,
Götürüb keçirsən iyə dərdimi!
Bu dərdli torpağin daşına dönüm,
Piyalə gözlərin yaşına dönüm,
Ulu yaradanın başına dönüm,
Götürüb apara göyə, dərdimi.
Amma qorxuram ki, yağdıra yerə,
Təzədən leysantək sağdıra yerə,
Çevirəm misraya sözə, şeirə,
Yenə özüm duram yiyə, dərdimə.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










