
Xəbərlər
11.03.2022, 23:24
Ləzgi qızı - Cümşüd AYDƏMİROV
Ləzgi qızı
Bir gözələ meyl saldım,
Dağlar qızı,dağ gözəli.
Sənə necə könül açım?
Ləzgi qızı,el gözəli.
Dağdan əsən soyuq külək,
Yanağına al rəng salıb.
Gözlərinin atəşindən,
Ürəyim köz tək alışıb!
Şah çəmənin gül-çiçəyi,
Ağ donunda naxış salıb.
Nəfəsinin rayihəsi,
Məni məndən elə alıb?!
Şirin sirin danışırsan,
Sanki nəğmə dinləyirəm.
Qaş- gözünü süzdürürsən,
Mənsə ölüb-dirilirəm!
Səməd Vurğun,Hüseyn Arif,
İndi bildim nələr çəkib!
"Ləzgi qızı"yazmaq üçün,
Üzeyir bəy səni seçib!
Gülüşünə göz dəyməsin,
Heyran oldum,bilsən necə?!
Ala gözün dərd görməsin,
Arzularam,bilsən necə?!
Sən dağlara yaraşıqsan,
Dağlar sənsiz qəribsəyər...
Demə mənə sən qonaqsan,
Könlüm sənsiz həsrət çəkər!
Danış,sevin ləzgi qızı,
Gülüş sənə çox yaraşır!
Sən yurdumun mərd siması,
Bu söz sənə çox yaraşır!
Cümşüd Aydəmirov
Xudat. 10.03.22
Bir gözələ meyl saldım,
Dağlar qızı,dağ gözəli.
Sənə necə könül açım?
Ləzgi qızı,el gözəli.
Dağdan əsən soyuq külək,
Yanağına al rəng salıb.
Gözlərinin atəşindən,
Ürəyim köz tək alışıb!
Şah çəmənin gül-çiçəyi,
Ağ donunda naxış salıb.
Nəfəsinin rayihəsi,
Məni məndən elə alıb?!
Şirin sirin danışırsan,
Sanki nəğmə dinləyirəm.
Qaş- gözünü süzdürürsən,
Mənsə ölüb-dirilirəm!
Səməd Vurğun,Hüseyn Arif,
İndi bildim nələr çəkib!
"Ləzgi qızı"yazmaq üçün,
Üzeyir bəy səni seçib!
Gülüşünə göz dəyməsin,
Heyran oldum,bilsən necə?!
Ala gözün dərd görməsin,
Arzularam,bilsən necə?!
Sən dağlara yaraşıqsan,
Dağlar sənsiz qəribsəyər...
Demə mənə sən qonaqsan,
Könlüm sənsiz həsrət çəkər!
Danış,sevin ləzgi qızı,
Gülüş sənə çox yaraşır!
Sən yurdumun mərd siması,
Bu söz sənə çox yaraşır!
Cümşüd Aydəmirov
Xudat. 10.03.22
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay