Duyğular - Cümşüd Aydəmirov
Duyğular
Ömrün bir qışı da düşdü təqvimdən,
Burnuma nərgizin qoxusu gəlir.
Son qarı yenicə görən bənövşə,
Bəlkə tez gəlmişəm,üşüdüm deyir.

Qışdan sağ salamat çıxan qocalar,
Çiləni ötürdüm,"ya Allah!"deyir.
Çiçəyi çırtdayan tumurcuq qızlar,
Bahar sevgisini necə gözləyir?

Mart çıxdı,dərd çıxdı deyib atalar,
Mart gəlib özüylə bahar gətirir.
Bu gecə yuxuma girmişdi anam,
Gördüm ki,"Novruz"luq qoğal bişirir.

Yadıma düşdükcə yenə o günlər,
Qəlbimdən elə bir gizilti keçir.
Səhər namazına duran nənəmin,
Şirin avazıyla bülbül deyişir.

Namazın bitirib dururdu nənəm,
Astaca gəlirdi pəncərə tərəf.
Onun bir tayını açırdı nənəm,
Bülbül hey oxuyur, ötürdü səf-səf.

Zümzümə səsinə qoca nənəmin,
Bülbül nalə çəkir,fəğan edirdi.
Elə bil tapmışdı bülbül həmdəmin,
Yanıqlı səsiylə zil-zil ötürdü.

Curu rexi xidi vun ksanvaçni?
(Saqqalı ağarmış yatmamısan ki?)
Məni oyaq görüb gülümsünürdü.
Mənim avam nənəm,müdrik nənəmin,
Bildiyi yeganə ləzgi diliydi!

Uyuşa bilmirdi heç cür şəhərə,
Bakı nənəm üçün dar görsənirdi.
Elə öyrəşmişdi kəndə kəsəyə,
Evindən kənarda qəribsəyirdi.

Mənzərə dəyişib indi aləmdə,
Xəbərlər acıdır,xəbərlər iti!
Oxumaq istəmir daha bülbül də,
Misranı titrədir partlayış səsi!

Zamanın axarı dəyişib yaman,
Təbiət necə də zora düşübdür.
Ahəngin dəyişib dünyanın insan,
Torpaq inildəyir,gücə düşübdür.

Baharı tərənnüm eyləyən şeir,
Qoşulmaq istəmir söz sırasına!
Utana-utana mənəm söyləyir,
Çevrilmək istəmir üz qarasına!

Sevgilər olacaq,sevən olacaq,
Bəstələr olacaq gözəl sözlərə!
Amma ki,arada xiffət olacaq,
Əfsus,söylənəcək ötən o günə!

Ömrün bir qışı da düşdü təqvimdən,
Burnuma nərgizin qoxusu gəlir!
Son qarı yenicə görən bənövşə,
Bəlkə tez gəlmişəm, üşüdüm deyir!


Cümşüd Aydəmirov,
Xudat. 25.02.22

Duyğular - Cümşüd Aydəmirov
Duyğular - Cümşüd Aydəmirov

Son xəbərlər

Ağdam şəhərinə daha 417 nəfər köçüb

HƏSRƏTİN KÖLGƏSİNDƏ YAŞAYAN MİSRALAR... - FOTO

"Tottenhem" onu hədəfə aldı

Tanınmış aktyor vəfat etdi - Foto

Zərdabda dəm qazı faciəsi - Nənə öldü, nəvənin vəziyyəti ağırdır

Hamı bu tarixi gözləyir...

“Bu məsələdə ABŞ rəhbərliyi vacibdir”

Pezeşkian həmin qərarı təsdiqlədi

Bu xəstəxanaya yeni direktor təyin edildi

Doğum gününüz mübarək, Etibarr xanım! - FOTO

Lavrov Rubio ilə müzakirə apardı

Bu kreditlərin faizləri subsidiyalaşdırılacaq

Azərbaycana qanunsuz yolla 1 milyon 500 min manatlıq siqaret gətirmək istədilər

Məşhur futbolçu Romada evləndi - Fotolar

Bakıdan Tbilisiyə ilk sərnişin qatarı bu gün yola düşüb

Türkiyədə zəlzələ oldu

“Güller ve günahlar”la bağlı dəyişiklik

Serenay sərbəst buraxıldı

“Təşəkkürlər, mister” - “Napoli” Konte ilə yollarını ayırdı

Babək Niftəliyevə vəzifə verildi

"QOSMA" ƏDƏBİ MƏCLİSİNİN NOVBƏTİ GORÜŞÜ.. - FOTOLAR

Azərbaycan və Latviya DİN-ləri əməkdaşlıq edəcək

Prezident: Şirvan kanalı gələn il istifadəyə veriləcək, Qarabağ kanalının yenidən qurulmasına başlamışıq

Kuba Prezidenti Azərbaycan liderini təbrik edib

ADY Tbilisiyə səfər edəcək sərnişinlər üçün tələb olunan sənədlərin siyahısını açıqlayıb

Zəvvarlar Mina dağına yürüşlə Həcc ziyarətinə başlayıblar

"Şamaxı" Kərim Rossi ilə vidalaşıb

22 yaşlı fitnesçi evində ölü tapıldı

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031