
Xəbərlər
25.05.2026, 13:18
Vaqif Vüqar : Əynimə geyinib buludlarını... - FOTO
Sənə uzaq olan mənə yaxındır,
Tələsmə rüzgara yolçu,dayan,dur.
Gedişdir,gəlişdir həyat axındır
Ölüm də yol üstü işarə qoyur.
Hər səsdə bir ahəng, hər ahəngdə qəm
Quşcugaz,mənim də qəmlidi dünyam.
Sözdə qəm, gözdə qəm, min bir rəngdə qəm
Hamımız keçirik bu qaydalardan.
Yaza salam verib əlini sıxdım,
O da üz göstərdi xeyli gülümsər.
Nigaran günlərin dalınca baxdım,
Bu gün gördüklərim dünənə bənzər.
Bəzən işıq kimi yanıb, sönürəm
Deyirəm özümə göyləri tanı.
Yağışa dönürəm,qara dönürəm
Əynimə geyinib buludlarını...

Tələsmə rüzgara yolçu,dayan,dur.
Gedişdir,gəlişdir həyat axındır
Ölüm də yol üstü işarə qoyur.
Hər səsdə bir ahəng, hər ahəngdə qəm
Quşcugaz,mənim də qəmlidi dünyam.
Sözdə qəm, gözdə qəm, min bir rəngdə qəm
Hamımız keçirik bu qaydalardan.
Yaza salam verib əlini sıxdım,
O da üz göstərdi xeyli gülümsər.
Nigaran günlərin dalınca baxdım,
Bu gün gördüklərim dünənə bənzər.
Bəzən işıq kimi yanıb, sönürəm
Deyirəm özümə göyləri tanı.
Yağışa dönürəm,qara dönürəm
Əynimə geyinib buludlarını...

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











