Xəbərlər
7.10.2023, 00:57
PÜSTƏ RƏVAN:ANALI DÜNYAM - FOTO
ANALI DÜNYAM
Eşit harayımı, eşit naləmi,
Analı dünyamı qaytar ilahi.
Ana laylasıdır könül məlhəmim,
Analı dünyamı qaytar İlahi.
Soyumuş qəlbimdə od qalayıram,
Bəlkə isindirər, məni bu axşam.
Anam gedən gündən qan ağlayıram,
Analı dünyamı qaytar İlahi.
Çöldə ağaclar da geyinib bəyaz,
Ruhumu titrədir bu soyuq sazaq.
Mən kimə sığınım isinim bir az?
Analı dünyamı qaytar ilahi.
Çəkirsən sinəmə niyə dərd dağın,
Qoxusun duydurub qara torpağın.
İstərəm anamın isti qucağın,
Analı dünyamı qaytar ilahi.
Analı dünyamı qaytar ilahi.
Ana laylasıdır könül məlhəmim,
Analı dünyamı qaytar İlahi.
Soyumuş qəlbimdə od qalayıram,
Bəlkə isindirər, məni bu axşam.
Anam gedən gündən qan ağlayıram,
Analı dünyamı qaytar İlahi.
Çöldə ağaclar da geyinib bəyaz,
Ruhumu titrədir bu soyuq sazaq.
Mən kimə sığınım isinim bir az?
Analı dünyamı qaytar ilahi.
Çəkirsən sinəmə niyə dərd dağın,
Qoxusun duydurub qara torpağın.
İstərəm anamın isti qucağın,
Analı dünyamı qaytar ilahi.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













