
Xəbərlər
23.02.2022, 22:19
Müharibə istəmirik - Cümşüd AYDƏMİROV
Müharibə istəmirik
Bu gecə yatmadım, yata bilmədim,
Xəyallar qarışıq fikirlər haça.
Gecəni saatla sayıb bitirdim,
Gözlədim, bu sabah haçan açıla?
Dünyanın ən güclü fövqəldövləti,
Müharibə gününün anonsun verir.
Sonra da qüdrətli dövlət rəhbəri,
Dəyişib tarixi başqa cür deyir.
Xalqını güdaza verən bir rəhbər,
Sərhədi açıbdır Qərb in üzünə.
Sonra da NATO la birləşib,deyir,
Qapayaq dünyanı rusun üzünə.
Bir təlxək bir xalqı didərgin salıb,
Qışın soyuğunda, "gedin" söyləyir.
Başqa soyuqqanlı "iltifat"edib,
"Bizdənsiz,bu da yer buyur gəl"deyir.
Təlxəyin anlaqsız hərəkətləri,
Başqa birisinə girəvə verir!
Müstəqil dövlət tək sənədlərini,
Tanıyıb oraya qoşun göndərir.
Yenə şər qüvvələr durub üz-üzə,
Miskin bir dövləti seçiblər meydan.
O miskin dövlətin rəhbəri isə,
Gəvəzə danışır, söyləyir hədyan.
Məzhəkə yeridir onunçun dövlət,
Böyük kürsülərdən təlxək danışır.
Oyuncaq olubdur ona cəmiyyət,
Hərdən üz gözünü əyib danışır.
Dünyamız təhlükə astanasında,
Partlamaq həddində barıt çəlləyi.
Qoca Co barmaqla günlər saymaqda,
Çoxalır getdikcə "savaş"səsləri.
Siyasi tənəzzül və iqtisadi,
Cənginə alıbdır Yer kürəsini.
Özünü bitirən Covid xəstəsi,
Yarımcan durumda kəsib səsini.
Bitib tükənməyən qayğı içində,
Getdikcə büzüşür tükənir insan.
Üz-üzə qalıbdır şər qüvvələrlə,
Ümidi sönməkdə,çarəsiz adam.
Diplomat ağalar və fövqəlgüclər,
Verin çiyninizi yükün altına!
Durdurun savaşı böyük rəhbərlər,
Qoymayın,qoymayın barıt alışa!
Cümşüd Aydəmirov,
Xudat. 20-22.02.22
Bu gecə yatmadım, yata bilmədim,
Xəyallar qarışıq fikirlər haça.
Gecəni saatla sayıb bitirdim,
Gözlədim, bu sabah haçan açıla?
Dünyanın ən güclü fövqəldövləti,
Müharibə gününün anonsun verir.
Sonra da qüdrətli dövlət rəhbəri,
Dəyişib tarixi başqa cür deyir.
Xalqını güdaza verən bir rəhbər,
Sərhədi açıbdır Qərb in üzünə.
Sonra da NATO la birləşib,deyir,
Qapayaq dünyanı rusun üzünə.
Bir təlxək bir xalqı didərgin salıb,
Qışın soyuğunda, "gedin" söyləyir.
Başqa soyuqqanlı "iltifat"edib,
"Bizdənsiz,bu da yer buyur gəl"deyir.
Təlxəyin anlaqsız hərəkətləri,
Başqa birisinə girəvə verir!
Müstəqil dövlət tək sənədlərini,
Tanıyıb oraya qoşun göndərir.
Yenə şər qüvvələr durub üz-üzə,
Miskin bir dövləti seçiblər meydan.
O miskin dövlətin rəhbəri isə,
Gəvəzə danışır, söyləyir hədyan.
Məzhəkə yeridir onunçun dövlət,
Böyük kürsülərdən təlxək danışır.
Oyuncaq olubdur ona cəmiyyət,
Hərdən üz gözünü əyib danışır.
Dünyamız təhlükə astanasında,
Partlamaq həddində barıt çəlləyi.
Qoca Co barmaqla günlər saymaqda,
Çoxalır getdikcə "savaş"səsləri.
Siyasi tənəzzül və iqtisadi,
Cənginə alıbdır Yer kürəsini.
Özünü bitirən Covid xəstəsi,
Yarımcan durumda kəsib səsini.
Bitib tükənməyən qayğı içində,
Getdikcə büzüşür tükənir insan.
Üz-üzə qalıbdır şər qüvvələrlə,
Ümidi sönməkdə,çarəsiz adam.
Diplomat ağalar və fövqəlgüclər,
Verin çiyninizi yükün altına!
Durdurun savaşı böyük rəhbərlər,
Qoymayın,qoymayın barıt alışa!
Cümşüd Aydəmirov,
Xudat. 20-22.02.22
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












