Mətanətdən Vüqar Muradova ağır sözlər

Aparıcı Mətanət Əliverdiyeva verilişinə gəlməyən müğənni Vüqar Muradova əsəbiləşib.

Aparıcı "Xəzər axşamı"nda onun bu davranışına sərt reaksiya verib:

"Vüqar verilişimə gəlmədi, eybi yoxdur, qalsın qara qulluğunda, heç nə olmaz. Mənim sifətim çöndüsə, bilin ki, Mətanəti əvvəlki vəziyyətinə heç kim, heç nə qaytara bilməz.

Hər şey qədərində olmalıdır. Vüqar, əzizim, illərdir səni tanıyırıq və illərdir "Xəzər TV"dəki səhər, günorta verilişlərində qonağımız olmusan. Heç kim heç kimdən nə əskikdir, nə də artıqdır. Hamımız insanıq, bu efir bu gün var, sabah yoxdur, mən ömrümün sonuna kimi veriliş aparan deyiləm, hər şeyin bir müddəti var. Amma heç kim heç kimdən artıq deyil, Vüqar. Və efirə baxıb qonaqları bəyənməmək artıq sənin problemindir. Bu yaşa çatmışam, neçə veriliş aparmışam, heç vaxt kiməsə yuxarıdan aşağı baxmamışam.

Nə tez ulduzluğunuza saldınız, nə tez qonaqları bəyənmədiniz. Qonağımız Rəhilə Əliyeva Müdafiə Nazirliyinin Hərbi Orkestrinin solistidir. Vaqif Şıxəliyevin sənəti ortadadır. Bizim dostumuz Murad Həsənzadə tarı elə ifa etdi ki, elə bildim böyük bir sənətkardır. Belə insanlara qarşı da həssas olmaq lazımdır. Gözdən əlildir. Bu cür insanların yanında olmuşuq və olacağıq. Yoxsa ki, mən verilişə gəlmirəm... Ayıb olsun, üç nöqtə. Belə şey etmək olmaz. Canlı efirdir, anonslar da gedəndə görürsünüz ki, qonaqlar kimdir. Xoşunuza gəlmirsə, dünəndən xoşuma gəlmirsiniz". (Axşam.az)

Son xəbərlər

HƏKİM ÖMRÜNÜN DAVAMI

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Oman sahillərində yük gəmisi vuruldu

Bakının bir sıra yollarında tıxac yaranıb

Venesuelada zəlzələ qurbanlarının sayı 6 mini ötdü

Vaqif Vüqar : KƏND ADAMI - FOTO

“İkinci Yer”in izləri tapıldı

Bu il Günəş son dəfə tutulacaq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31