
Xəbərlər
15.11.2021, 21:54
A DÜNYA
A DÜNYA
Yarpaq olub torpağına tökülsəm,
Qollarında apar məni a dünya,
Hər könüldə yarpaq kimi görünsəm,
Ağrılardan qopar məni a dünya.
Bir baxış tək ömür gəlib ötərsə,
Əşya kimi atar məni a dünya,
Həyatımın hekayəti bitərsə,
Bu həyatdan apar məni a dünya.
Naləsiylə fəryad edən o, səsə,
Laylasıyla qatar məni a dünya,
Şəhla yolun üstə durub qəm- qüssə,
Bu əzabdan qutar məni a dünya,
Qollarında apar məni a dünya.
Şəhla Xəlilqızı.
15.11.2021
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay








