DİNDİRMƏ NADANI,ƏYİLMƏ PİSƏ - Solmaz ŞİRVANLI
DİNDİRMƏ NADANI,ƏYİLMƏ PİSƏ
Kimə can söylədim,canımı aldı,
Gördüm mindillidir,hərdəmxəyaldı,
Əyildi,alçaldı hər yetən pisə,
Özünü gözümdən beləcə saldı.

Daha eləsini anmağa dəyməz,
Alışıb oduna yanmağa dəyməz,
Bir də onu adam sanmağa dəyməz,
Əfi ilanlar tək ruhumu çaldı.

Əsil odur öz sözündə doğru kəs,
Hər gözələ eyləməyə min həvəs,
Min bir yalan söylər,həm gətirər nəs,
Doğru ol desinlər nə əhli haldı.

Dindirmə nadanı,əyilmə pisə,
Batırma özünü çamura-hisə,
Hər xallı gözəldən gəl umma busə,
Demə ki, gözəldi,şəkərdi-baldı.

Sən sev o kəsi ki,qoy zatı olsun,
Əsli-kökü olsun, saf qatı olsun,
Mayası halaldan,büsatı olsun,
Görən kəs deməsin zəhərdi- kaldı.

Ay Solmaz,hər kəsin dərdini çəkmə,
Ürəksiz kimsəyə göz yaşı tökmə,
Yaşa qürurunla,boynunu bükmə,
Görərsən günahkar qarşında laldı.


Solmaz Şirvanlı {AYNAZ CƏVAHİR KƏLAM}
12-02-2022

Son xəbərlər

İran XİN: Region ölkələri ilə düşmənçilik siyasəti aparmırıq

ABŞ viza girovunu 20 min dollara qədər artırıb

Raqif Nazimoğlu : Süni intellekt oğruları - FOTO

Əraqçi Asim Munir və Hakan Fidanla regiondakı vəziyyəti müzakirə edib

“9 ildir ki, Bakıda, ata evimdə yaşayıram” - Sevil Əliyeva

“Onunla ilk görüşə çamadanla getdim”

Azyaşlı futbolçu faciəvi şəkildə öldü - YENİLƏNİB

Bir inci saflığı varsa da suda...

Novruzəli Aslanov: “Çolpon-Ata görüşü Türk dünyasında inteqrasiyanın dərinləşməsi mövzusunda mühüm siyasi mesajlar verdi”

Nüsrət Quliyev-65

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyimizin əsas sütunlarından biridir

Tofiq Musayev UFC-də ikinci qələbəsini qazanıb

Alimlərdən qan təzyiqi ilə mübarizədə yeni üsul

Azərbaycan güləşçisi dünya çempionatının finalında

“Kabus körpü” yenidən üzə çıxdı

Sabiq nazir vəfat etdi

Lerikdə yenə zəlzələ oldu - YENİLƏNİB

“Nilay” “Kızılcık Şerbeti”ndən gedir

Can Kolukısa vəfat etdi

Azərbaycanda nağdsız ödənişlər artdı

Uşağın doğulduğu ay onun inkişafına təsir edir? - Alimlərdən diqqətçəkən araşdırma

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

Di Kaprio üçün - Mühafizəçiyə rüşvət təklif etdi

Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

Milli kimliyin və dövlət suverenliyinin atributu: Azərbaycan dili və əlifbamız

Tubu İMANOVA : Pərakəndə fikirlərim - FOTO

Vaqif Əsədovun rəis qızı vəzifəsindən azad olundu

Nəriman Əliməmməd oğlu Həsənzadə

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31