Avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu əlamətdar gün Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, ana dilinin qorunması və inkişafına göstərilən dövlət qayğısının ifadəsi olmaqla yanaşı, Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin xalqımızın milli kimliyinin əsas sütunlarından biri olduğunu dəfələrlə vurğulayaraq bildirib: “Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik.”
Sovet İttifaqı dövründə milli dillərin sıxışdırılması siyasətinin gücləndiyi bir vaxtda ana dilinin qorunması və dövlət dili statusunun təmin olunması uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider Heydər Əliyev bu məsələdə qətiyyətli mövqe nümayiş etdirib. 1978-ci il aprelin 2-də Azərbaycan SSR Konstitusiyasının layihəsinin müzakirəsinə həsr olunmuş sessiyada onun təşəbbüsü ilə Konstitusiyanın 73-cü maddəsində “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəası təsbit olunub. Bu tarixi qərar Azərbaycan dilinin hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndirilir.
Müstəqillik illərində də Azərbaycan dilinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olduğu təsbit edilib və bununla ana dilimizin dövlət dili statusu konstitusion əsaslarla bir daha möhkəmləndirilib.
Azərbaycan dilinin tətbiqi və inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin davamı olaraq Ümummilli Lider Heydər Əliyev 2001-ci il 18 iyun tarixində “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. Həmin Fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılıb.
2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmana əsasən isə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu qərar Azərbaycan dilinin qloballaşma şəraitində qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm addım hesab edilir.
Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusu 2002-ci il 30 sentyabr tarixində qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunla daha da möhkəmləndirilib. Qanunda Azərbaycan dilinin müstəqil dövlətçiliyin başlıca əlamətlərindən biri olduğu vurğulanır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi dövlətin əsas vəzifələrindən biri kimi müəyyən edilir.
Dil normalarının vahid əsaslarla tətbiqini təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 nömrəli Qərarı ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də ana dilinin saflığının qorunmasını milli kimliyin mühüm şərti kimi dəyərləndirərək bildirib ki, Azərbaycan dilinin saflığının qorunması hər bir vətəndaşın borcudur. Dövlət başçısı vurğulayıb ki, dövlət qurumları, elm və təhsil ictimaiyyəti, yaradıcı ziyalılar, media nümayəndələri və bütövlükdə cəmiyyət bu istiqamətdə xüsusi məsuliyyət nümayiş etdirməlidir.
Bu gün Azərbaycan dili müstəqil dövlətçiliyimizin əsas atributlarından biri olmaqla yanaşı, xalqımızın milli-mənəvi irsinin, tarixi yaddaşının və mədəni kimliyinin qorunmasında mühüm rol oynayır. Dövlət tərəfindən həyata keçirilən ardıcıl dil siyasəti ana dilimizin zənginliyinin qorunmasına, beynəlxalq aləmdə nüfuzunun artırılmasına və gələcək nəsillərə saf şəkildə çatdırılmasına xidmət edir.

Son xəbərlər

Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

SƏNİ ÇOX SEVİRƏM, YAXŞI Kİ, VARSAN - FOTOLAR

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Rusiyada ayı giləmeyvə toplayan iki kişini parçalayıb

Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar

Türk oğlu türk- NİCAT ƏRTÜRK

"O kəndə "Kərki" deməsək, müharibə qaçılmaz olacaq" - Paşinyan

“Ararat” və “Milan”dan məğlubiyyət - AL-də gecənin nəticələri

Bu ərazilərdə işıq olmayacaq

Lənkəranda qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Trampın sağ əli xərçəngə qalib gəldi

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930