Azərbaycan Prezidentinin 2013-cü il 9 aprel tarixli 2837 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.2.3-cü bəndinin icrasından irəli gələn vəzifələrin təmin edilməsi, dövlət idarəçiliyində, mediada və ictimai həyatda Azərbaycan ədəbi dilinin düzgün tətbiqinin təşviqi, bu istiqamətdə maarifləndirmə işinin gücləndirilməsi, həmçinin 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri, təqaüddə olan Azərbaycan dili və ədəbiyyat müəllimi Etibar İmanov, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, dilçilər, ziyalılar, təhsil və mədəniyyət müəssisələrinin əməkdaşları, məktəblilər, Uşaq Səfirlər Məclisinin Beyləqan rayon nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan RİH başçısı Əziz Əzizov Azərbaycan dilinin xalqımızın milli-mənəvi dəyərlərinin əsas sütunlarından biri olduğunu bildirib. Rayon rəhbəri, çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi uzaqgörən siyasətdən, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ana dilimizin saflığının qorunması, tətbiq dairəsinin genişləndirilməsi və inkişafı istiqamətində imzaladığı fərman, sərəncam və dövlət proqramlarının əhəmiyyətindən bəhs edib. Əziz Əzizov Azərbaycan dilinin qorunmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulayıb.

Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri, təqaüddə olan Azərbaycan dili və ədəbiyyat müəllimi Etibar İmanov uzun illər bu sahədə qazandığı zəngin pedaqoji və elmi-pedaqoji təcrübəsinə əsaslanaraq Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yolundan, ədəbi dil normalarının formalaşmasından, dilimizin zənginliyindən və onun gələcək nəsillərə saf şəkildə çatdırılmasının vacibliyindən bəhs edib, mövzu ilə bağlı dəyərli fikir və tövsiyələrini iştirakçılarla bölüşüb.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini Niyaməddin Əsgərov, Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Fatma Xıdırlı və digərləri Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb, dövlət idarəçiliyində, mediada və ictimai həyatda Azərbaycan ədəbi dilinin düzgün tətbiqinin vacibliyini qeyd ediblər. Uşaq Səfirlər Məclisinin Beyləqan rayon nümayəndələri Fatimə Cavadova və İsmayılzadə Rihat isə çıxışlarında Azərbaycan dilinin milli-mənəvi dəyərlərimizin əsas daşıyıcısı olduğunu vurğulayaraq, ana dilimizin qorunması və inkişaf etdirilməsinin hər bir gəncin üzərinə düşən mənəvi məsuliyyət olduğunu bildiriblər.

Tədbirin sonunda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, dövlət idarəçiliyində, mediada və ictimai həyatda Azərbaycan ədəbi dilinin düzgün tətbiqinin təşviqinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Son xəbərlər

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

SƏNİ ÇOX SEVİRƏM, YAXŞI Kİ, VARSAN - FOTOLAR

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Rusiyada ayı giləmeyvə toplayan iki kişini parçalayıb

Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930