VƏTƏNİMLƏ TANINIRAM ELLƏRDƏ - Solmaz ŞİRVANLI
VƏTƏNİMLƏ TANINIRAM ELLƏRDƏ
Vətənə qurbanlıq deyib özümü,
Almışam Rəbbimdən gücü, dözümü,
Ölsəm də bu yolda deyib sözümü,
Azərbaycan adı gəzsin dillərdə,
Vətənimlə tanınıram ellərdə.

Vətən mənə hava,aldığım nəfəs,
Ondan ayrı günüm,bir zindan,qəfəs,
Vətəni unudan hər adi bir kəs,
Olar bir sərsəri,qalar çöllərdə,
Vətənimlə tanınıram ellərdə.

Namərdləri kül eyləyən odam mən,
Türk soyluyam,düşmənimə yadam mən,
"Cəvahir Kəlam"am, şükür şadam mən,
Şerim-nəğməm,O Tay,Bu Tay dillərdə,
Vətənimlə tanınıram ellərdə.

Araz üstə nəğmə deyən diləm mən,
Savalanam,Murov dağam,göləm mən,
Dəli Kürəm, Böyük Turan eləm mən,
Səhər erkən bax əsirəm yellərdə,
Vətənimlə tanınıram ellərdə.

Şimallı-Cənublu, elin qızıyam,
O Taylı,Bu Taylı Dan ulduzuyam,
Şəhriyar elinin gül "Aynaz"ıyam
Bəmdən qalxır,səsim gəzir zillərdə,
Vətənimlə tanınıram ellərdə.

Başımın üstündə onun sayəsi,
Vətəndir qəlbimdə Quran ayəsi,
Solmazam, sözümün budur qayəsi,
Vətənə sevgiylə açır güllər də,
Vətənimlə tanınıram ellərdə,
Bu Vətənlə tanınıram ellərdə!!!


Solmaz Şirvanlı {AYNAZ CƏVAHİR KƏLAM}
23-01-2021


VƏTƏNİMLƏ TANINIRAM ELLƏRDƏ - Solmaz ŞİRVANLI

Son xəbərlər

Azərbaycan güləşçisi dünya çempionatının finalında

“Kabus körpü” yenidən üzə çıxdı

Sabiq nazir vəfat etdi

Lerikdə yenə zəlzələ oldu - YENİLƏNİB

“Nilay” “Kızılcık Şerbeti”ndən gedir

Can Kolukısa vəfat etdi

Azərbaycanda nağdsız ödənişlər artdı

Uşağın doğulduğu ay onun inkişafına təsir edir? - Alimlərdən diqqətçəkən araşdırma

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

Di Kaprio üçün - Mühafizəçiyə rüşvət təklif etdi

Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

Milli kimliyin və dövlət suverenliyinin atributu: Azərbaycan dili və əlifbamız

Tubu İMANOVA : Pərakəndə fikirlərim - FOTO

Vaqif Əsədovun rəis qızı vəzifəsindən azad olundu

Nəriman Əliməmməd oğlu Həsənzadə

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

İldırım ƏLİŞOĞLU : Arzu,ürək və biz - FOTO

Bazar gününə olan hava proqnozu açıqlanıb

Nəriman Həsənzadə sabah Fəxri xiyabanda dəfn olunacaq - Yenilənib

Mərakeşdə miqrasiya böhranı zamanı zorakılıq hərəkətlərinə görə 70 nəfər saxlanılıb

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn olunacaq

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

Azərbaycanda banklar müstəqil şikayət bölməsi yaradacaq

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Dünya çempionatı: Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq

Vahid ÇƏMƏNLİ : Əkbər müəllimin müharibə dəhşətlərini yazmaq həvəsi heç zaman onu tərk etməyib

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31