Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı növbəti dəfə böyük bir qürur və sevinc yaşayır. Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarında coğrafiya fənni üzrə 96.25 bal toplamaqla Respublika birincisi olan "Tarix və coğrafiya müəllimliyi" ixtisasının 2022-ci il məzunu Elvin Şükürovla filialda səmimi və təntənəli görüş keçirilib. Görüş filialın direktoru professor Yusif Alıyevin təşəbbüsü və Tələbə məzun və karyera şöbəsinin müdiri Hikmət Musayevin təşkilatçılığı ilə baş tutub.

​Görüşü giriş sözü ilə açan ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev Elvin Şükürovun əldə etdiyi respublika birinciliyinin təsadüf olmadığını, əksinə, illərin gərgin əməyinin, əzmkarlığın və filialda verilən keyfiyyətli ali təhsilin məntiqi nəticəsi olduğunu vurğulayıb. Professor çıxışında ADPU-nun Quba filialında tələbələrə hər zaman xüsusi diqqət və qayğı göstərildiyini, onların məhz ilk gündən auditoriyalarda "məzun" və ya sadəcə "tələbə" kimi deyil, bir gənc müəllim kimi qəbul olunduğunu, bu ali missiyanın ruhu ilə yetişdirildiyini, elə də müraciət edildiyini xüsusi vurğulayıb. Professor qeyd edib ki, bu cür parlaq nailiyyətlər həm ali məktəbin professor-müəllim heyətinin gərgin əməyinin, həm də bütövlükdə filialda formalaşan sağlam elmi-pedaqoji mühitin göstəricisidir. O, gənc müəllimə gələcək fəaliyyətində yeni zirvələr və uğurlar arzulayıb. Görüş zamanı professor Yusif Alıyev tərəfindən Elvin Şükürova müəllifi olduğu kitab hədiyyə edilib.
​Görüşdə çıxış edən Elvin Şükürov qazandığı bu böyük uğura görə ilk növbədə professor Yusif Alıyevə və doğma Universitetinin müəllimlərinə dərin minnətdarlığını bildirib. O, tələbəlik illərində əldə etdiyi fundamental biliklərin və rəhbər qayğısının imtahanda yüksək nəticə qazanmasında təməl rol oynadığını qeyd edib. Gənc müəllim çıxışı zamanı ən böyük arzusunun məhz yenidən doğma ocağa – ADPU-nun Quba filialına qayıdaraq magistr təhsili almaq və elmi fəaliyyətini burada davam etdirmək olduğunu böyük qürurla dilə gətirib.
​Tədbirdə çıxış edən digər iştirakçılar daElvin Şükürovun qazandığı bu möhtəşəm nailiyyətin bütün tələbələr və məzunlar üçün gözəl nümunə olduğunu bildirərək onu ürəkdən təbrik edib, xoş arzularını çatdırıblar. Sonda xatirə fotosu çəkdirilib.

Nəhayət ŞİRİNOVA
ADPU-nun Quba Filialı Heydər Əliyev Lektoriyasının müdiri.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.











Son xəbərlər

Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

SƏNİ ÇOX SEVİRƏM, YAXŞI Kİ, VARSAN - FOTOLAR

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Rusiyada ayı giləmeyvə toplayan iki kişini parçalayıb

Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar

Türk oğlu türk- NİCAT ƏRTÜRK

"O kəndə "Kərki" deməsək, müharibə qaçılmaz olacaq" - Paşinyan

“Ararat” və “Milan”dan məğlubiyyət - AL-də gecənin nəticələri

Bu ərazilərdə işıq olmayacaq

Lənkəranda qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Trampın sağ əli xərçəngə qalib gəldi

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930