Xəbərlər
1.08.2026, 13:00
İldırım ƏLİŞOĞLU : Arzu,ürək və biz - FOTO
Daha tez-tez çıxır yoluma arzu,
Deyəsən, bu həsrət onu da əzir.
Zilləyir gözlərin bizim yollara,
Görünür barışın "reseptin" gəzir!
Duamı yazdlrıb həsrət adıma,
Vüsaldan görürəm qırmızı kartı.
Görüş nə duyubsa, aradan çıxıb,
Ayrılıq qoyubdu üstünə artı!..
Bu ürək neyləyir ,gizlənib solda,
Yoxsa, boşca yerə taqqıltısı var?
Ta bir çox üzvlər baxmır sözünə,
Çoxu gülür ona,qaqqıltısı var.
Ona da hər əmir göylərdən gəlir,
İnilti,qəhqəhə, sevgi,bacarıq!
Çalışır ,hər üzvün qan payın verə,
Nə etsin, işini görür o yazıq !
Nə qədər dünyanın möcüzəsi var,
Ona olan heyrətimiz ondandır.
Ölüm varsa,doğma torpaq uğrunda,
Qaytararıq, qeyrətimiz ondandır!..
31.07.2026

Deyəsən, bu həsrət onu da əzir.
Zilləyir gözlərin bizim yollara,
Görünür barışın "reseptin" gəzir!
Duamı yazdlrıb həsrət adıma,
Vüsaldan görürəm qırmızı kartı.
Görüş nə duyubsa, aradan çıxıb,
Ayrılıq qoyubdu üstünə artı!..
Bu ürək neyləyir ,gizlənib solda,
Yoxsa, boşca yerə taqqıltısı var?
Ta bir çox üzvlər baxmır sözünə,
Çoxu gülür ona,qaqqıltısı var.
Ona da hər əmir göylərdən gəlir,
İnilti,qəhqəhə, sevgi,bacarıq!
Çalışır ,hər üzvün qan payın verə,
Nə etsin, işini görür o yazıq !
Nə qədər dünyanın möcüzəsi var,
Ona olan heyrətimiz ondandır.
Ölüm varsa,doğma torpaq uğrunda,
Qaytararıq, qeyrətimiz ondandır!..
31.07.2026

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










