Turaztv.az » Xəbərlər » İtkin düşən tiktokerin üzümlükdə meyiti tapıldı
Xəbərlər

İtkin düşən tiktokerin üzümlükdə meyiti tapıldı

20.08.2026, 03:05 1
Fransada on gün öncə itkin düşən 29 yaşlı tiktoker Sonia Bellinanın meyiti tapılıb.

"Unikal" xəbər verir ki, meyit ölkənin cənubunda yerləşən Sen-Jil kommunasındakı üzümlükdə aşkar olunub.

Polis onun ölümündə şübhəli bilinən iki kişini saxlayıb.

Bellina avqustun 10-da yoxa çıxmışdı. Faktla bağlı araşdırma başlayıb.

Bellina sosial şəbəkələrdə məşhur idi və "TikTok"da 260 mindən çox izləyicisi var idi.

Oxşar xəbərlər