Telefon zəng çalanda fərqində olmadan otağın içində fırlanmağa, dəhlizdə o yana-bu yana addımlamağa başlayanlardansınız? Tək deyilsiniz. Bir çox insanın fərqində olmadan sərgilədiyi bu davranış psixoloqlara görə sadə bir vərdişlə məhdudlaşmır. Mütəxəssislər telefon danışığı zamanı ortaya çıxan bu hərəkətliliyin arxasındakı əsas səbəbləri açıqladılar.

Ümumi ünsiyyətdə mimikalar, əl-qol hərəkətləri və bədən dili mesajın böyük hissəsini təşkil edir. Lakin telefonla danışarkən qarşı tərəfi görə bilmədiyimiz üçün beyin bu çatışmayan visual işarələri kompensasiya etməyə çalışır. Psixoloqlar ünsiyyət zamanı beynin motor korteksində yığılan jest və mimika etmək istəyinin qarşıda vizual həmsöhbət olmadığı üçün bütün bədənə yayıldığını bildirirlər. Ünsiyyət qurarkən hiss etdiyimiz ifadə etmək istəyi qarşı tərəfə ötürülə bilmədiyi üçün fiziki addımlamaya çevrilir.

Telefon danışıqları - xüsusilə iş danışıqları, mübahisələr və ya həyəcanverici xəbərlər ehtiva etdikdə - bədəndə yüngül adrenalin və zehni gərginlik artımına səbəb olur. Psixoloji araşdırmalara görə gəzmək bu yığılan kinetik enerjinin bayıra atılmasına və emosional balansın qorunmasına kömək edən təbii boşalma mexanizmidir.

Yüngül səviyyədə fiziki fəaliyyətin beynin idrak funksiyalarını dəstəklədiyi hər kəsə məlumdur. Telefonla danışarkən gəzmək qan dövranını sürətləndirərək beyinə gedən oksigen miqdarını artırır. Psixoloqlar hərəkətdə olarkən söz tapmağın, düşüncələri təşkil etməyin və mürəkkəb mövzuları təhlil etməyin oturan insana nisbətən daha asan baş verdiyini qeyd edirlər. Buna görə də gəzmək fərqində olmadan daha təsirli bir ünsiyyət qurmaq üçün zehni aktiv saxlama üsulu kimi önə çıxır.

Son xəbərlər

Bu araqlar saxta imiş - FOTOLAR

Sabah 37 dərəcə isti olacaq

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Bu gün dənizə gedənlərin nəzərinə!

Avqust pensiyaları ödənildi

Psixoloqlara görə telefonda danışarkən gəzməyin əsl səbəbi

"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR

Sabahdan metroda dəyişiklik: "Nizami" və "28 May" arasında qatar olmayacaq

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Rusiya Sumı, Dnepropetrovsk, Xarkov və Zaporojyeyə zərbələr endirib: ölənlər və yaralananlar var

Azərbaycan neftinin qiyməti 94 dollardan aşağı düşüb

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ilə Kluj-Napoka şəhəri arasında əlaqələrin qurulması müzakirə olunub

Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə bu gün start verilir

Bakıda yalnız üç istiqamətdə nəqliyyatın sıxlığı yaranıb

Payız üçün ən dəbli saç rəngi açıqlandı

Yeni kəşfiyyat orqanı yaradacaqlar

Toyundan sonra saçlarını rənglədi - Foto

“Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi bəlli olub

BİR ÖMRÜN VƏFA NƏĞMƏSİ

33 yaşlı boksçu Priçard Kolon vəfat edib

Türkiyədə erməni məktəblərinə qadağa

15 yaşında ilk mükafatını qazanan Xalq artistimiz - Hansı ölkənin şahzadəsi ona elçi düşmüşdü?

Qurban Qurbanov: “Dinamo Kiyev” kimi komandaya qarşı oynamaq və qalib gəlmək gözəl hissdir

Mahir Emrelinin komandası Konfrans Liqasında pley-offa vəsiqə qazanıb

Murad Məmmədov "Pafos"da ilk qolunu vurdu

Konfrans Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi "Tvente" olub

Saxta evlilik, surroqat ana və iş elanları: İnsan alverinin yeni kabusu - ARAŞDIRMA

Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Proses başladı...

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31