Xəbərlər
7.05.2026, 20:52
FANİ DÜNYANIN AĞRISI, İNSANIN MƏNƏVİ AXTARIŞI, ETİBAR ŞEYDA YARADICILIĞINDA - FOTOLAR
Daha doğrusu hər birimizin öyrəşdiyi, xalq şeirinin ruhunu müasir Azərbaycan poeziyasında yaşadan, lakin onu yalnız təkrar etməyib yeni düşüncə qatları ilə zənginləşdirən bir çox qələm sahibləri var ki, onlardan da biri Etibar Şeydadır. Etibar müəllimin yaradıcılığın izlədiyim müddətdə həmişə ondan xalq ruhuna yaxın poetik nümunələr görmüşəm. Dəfələrlə bu barədə onun yaradıcılığına münasibətimi bildirən yazı yazacağımı düşünmüşəm. Çünki, milli mənəvi dəyərlərimizə hopan xalq ruhunu yaşadan şeirlər həmişə istənilən oxucu tərəfindən yüksək qiymətləndirilib. Onlar sevilərək oxunub və hətta əzbərlənib.
Bu günlərdə yenə qarşıma çıxan şeirlərin oxuduqdan düşündüklərimi yazmaq qərarına gəldim. Onun səhifəsindən seçib götürdüyüm,- “Dünyadan...”, “Var...”, “Tanımır...” və “Nə qaldı ki?!” - şeirləri, Etibar Şeydanın poetik dünyasının əsas istiqamətlərini, ideya-məzmun yükünü və bədii-estetik baxışını aydın şəkildə üzə çıxarır.
Bu şeirlər bütövlükdə bir insan ömrünün fəlsəfi hesabatı, bir cəmiyyətin mənəvi portreti və zamanın içində itən dəyərlərin poetik salnaməsi kimi oxunur.
Etibar Şeydanın poeziyasında dünya anlayışı sadəcə coğrafi və ya fiziki məkan deyil. O, həm də bir imtahan yeridir. “Dünyadan...” şeirində şair insanın bu dünyaya bağlılığını, onun nəfsini və doymazlığını açıq şəkildə göstərir:
Əldən buraxmırıq, gözümüz doymur,
Ağlımız kəsəndən təzə dünyadan.
Gah şirin dadırıq, gahda ki acı,
Baməzə dünyadan, məzə dünyadan.
“Əldən buraxmırıq, gözümüz doymur...”- misrası əslində bütöv bəşəriyyətin psixoloji portretinin göstəricisidir. İnsan daim əldə etdikləri ilə kifayətlənmir, daha çox istəyir və bu istək onu həm yaşadır, həm də yandırır.
Şair burada həyatın dual təbiətini də unutmur.
“Gah şirin dadırıq, gahda ki acı...” - deməklə şair, klassik Şərq fəlsəfəsinə xas olan “ziddiyyətlərin vəhdəti” prinsipini xatırladır. Dünya nə tam şirindir, nə də tam acı — o, bu iki halın arasında insanı sınağa çəkən bir müstəvidir.
Bir gün yaratdığın, bir gün də alır
Adam belə yerdə xəyala dalır.
Aşıq Alı demiş bizə nə qalır?!
"Baxmaqdan savayı gözə,"dünyadan.
Şairin bu bənddə, “Aşıq Alı”ya istinadı isə təsadüfi deyil. Aşıq Alı irsinin çağırılması şairin özünü xalq hikmətinin davamçısı kimi təqdim etməsi deməkdir. Bu, həm də, yuxarıda dediyim kimi, onun poetik köklərinin milli ənənəyə bağlı olduğunu göstərir.
Ömür yaşayırıq dərdli, yaralı,
Gözəllər görürük dünya maralı.
Olsa da həyatın ağlı, qaralı,
Gedəndə, nə qalır bizə dünyadan?!
Şair burada dünyanın faniliyin çox gözəl müqayisədə verir. "Ömür yaşayırıq...", "Gözəllər görürük...", "həyatımız ağlı, qaralı", "dərdli yaralı" olsada, "Gedəndə, nə qalır bizə dünyadan?!" - deyib insanı fikirləşməyə məcbur qoyur.
Bilsən ki dirildər kimsə ölünü,
Etibar, yığardın dünya ləlini.
Vaxt gəlib çatanda insan, əlini
Yenə istəmir ki, üzə dünyadan.
İnsan əlini dünyadan üzmək istəməsə də, "Vaxt gəlib çatanda..." - fani dünyanın sualları qarşısında aciz qalırıq.
“Nə qaldı ki?!”- şeiri də, Etibar Şeydanın digər şeirləri kimi yaradıcılığında xüsusi yer tutur. Bu şeir artıq həyatın son mərhələsinə qədəm qoymuş bir insanın daxili monoloqu təsiri bağışlayır. Burada zaman anlayışı çox konkret və hiss olunan bir şəkildə təqdim edilir.
Vədə çatıb, o dünyada,
Baş olmağa nə qaldı ki?!
Bir xanımın gözlərində,
Yaş olmağa nə qaldı ki?!
Şair burada - "Vədə çatıb" - deməklə qismətə yazılan ömür payının yetişməsinə işarə edərək, onu sevənlərin, daha doğrusu "Bir xanımın gözlərində", "Yaş olmağa nə qaldı ki?!" - deməklə həyatı mənzərəni yaradır. Şair daha sonra yazır;
Qismətimin bir azı da,
Alnımdakı bu yazıda.
Adlamışam payızı da,
Qış olmağa nə qaldı ki?!
“Adlamışam payızı da, Qış olmağa nə qaldı ki?!”- misraları sadəcə poetik bənzətmə deyil. Bu, bir ömrün fəsillərlə metaforik təsviridir. Yaz - gənclik, yay - yetkinlik, payız - qocalıq və qış - sonluq kimi təqdim olunur. Şair artıq payızı keçdiyini deyərək, qışın, yəni ölümün yaxınlığını hiss edir.
Daha təsirli məqamlardan biri isə insanın son aqibətinə münasibətdir:
Şən nəğmələr qoşa-qoşa,
Dünya yalan başdan- başa.
Torpaq altda qurda-quşa,
Aş olmağa nə qaldı ki?!
“Torpaq altda qurda-quşa, Aş olmağa nə qaldı ki?!”-deməklə şair ölümün realizmini, onun qaçılmaz və bəzən də sərt həqiqətini çılpaqlığı ilə göstərir. Burada romantika yoxdur, yalnız həqiqət var.
Neyləmişəm mən həyatda,
Bir daş üstdə, bir daş altda.
Ruhum uçub kainatda,
Quş olmağa nə qaldı ki?!
Ruhun kainatda uçub, "Quş olmağa nə qaldı ki?!" - deməklə şair, həyatda etdiklərinin faydalarını- "Bir daş üstdə, bir daş altda." - yekunlaşdırır.
Şeyda səndən ötən daşa,
Qəbrin üstə bitən daşa.
Dönüb əsil Vətəndaşa,
Daş olmağa nə qaldı ki?!
Şair sonda özünə xitabən həyatın bu son mənasını anladır. Adi bir daş qədər, daş üstündə yazılacaq bu vətəndə vətəndaş olmağa -" nə qaldı ki" - deyir.
TANIDAQ:- Etibar Şeyda, 1960 - cı ildə Yevlax rayonunun Aran qəsəbəsində dünyaya göz açıb. Əslən Kəlbəcərdəndi. Mütəmadi olaraq dövrü mətbuatda, sosial şəbəkələrdə yaradıcılığı ilə oxucularını tanış edir. Sevilən şairlərdəndir.
“Var...” və “Tanımır...” şeirlərində şair fərdi düşüncələrdən çıxaraq cəmiyyətə üz tutur. Bu şeirlərdə sosial tənqid, mənəvi aşınma və dəyərlərin deqradasiyası açıq şəkildə ifadə olunur.
Asan deyil bu dünyada yaşamaq,
Yollarında şaxta, çovğun, boran var.
Özbaşına əyri yolla kim gedər?!
Bu qurğunun, bu nizamı quran var.
Şair bu dünyada yaşamağın asan olmadığını dilə gətirərək, hətta, "Özbaşına əyri yolla kim gedər?!" sə, bu qurğunu, nizamı quranın olduğun deyir.
Vəzifəyə səhv düşəndə birimiz,
Cibimizə sığışmayır kirimiz.
Haram yeyib and içməyə yerimiz,
Həqiqət var, ədalət var, Quran var.
“Haram yeyib and içməyə yerimiz...”- misrası cəmiyyətin ən ağrılı nöqtələrindən birinə toxunur — ikiüzlülük və riyakarlıq. Şair burada sadəcə müşahidəçi deyil, həm də narahat bir vətəndaşdır.
Eyni zamanda, o, ümidsizliyə qapılmır, çünki bilir ki, - “Həqiqət var, ədalət var, Quran var”.
Burada Qurana istinad mənəvi dayaqların hələ də mövcud olduğunu göstərir. Şairin mövqeyi aydındır: problem insanlardadır, dəyərlərdə yox. Odur ki, şair sonrakı misralarda deyir;
Bazarlarda göy-göyərti satırıq
Bundan alıb birisinə atırıq.
Xəyallarla başımızı qatırıq,
Qurmaq üçün qarşımızda Turan var.
Bu yaşamaq üçün çarpışdığımız gündəlik bir mənzərədir. Açıq-aşkar şair xəyallarımızı da dilə gətirib, başımızın necə aldadıldığını deyir:- "Qurmaq üçün qarşımızda Turan var."
Necə qurub ayı-ili bu dünya,
Hardan alır əsən yeli bu dünya.
Hardan alır suyu-seli bu dünya,
Bu yağışın arxasında duran vár.
Şair öz-özünə sual edir, bu ayı, ili necə qurub bu dünya, haradan alıb, "yeli", "suyu, seli". Bəlkə elə, - "Bu yağışın arxasında duran vár."
Bilirəm ki, məndən olmaz *Nəvayı,
Boş- boşuna düşünürəm havayı.
Yollar yoxdur, o dünyadan savayı,
Ay Etibar, da getməyə haran var?!
Sonda şair özünə xitabən sual edib: -"Ay Etibar, da getməyə haran var?!". Gördüyün bu dünyanın gedəsi yolları budu. Boş-boşuna düşünmə səndən özbək şairi Nəvayı olmayacaq.
Şairin “Tanımır...” şeirində isə vəziyyət daha dramatik şəkildə təqdim olunur. İnsanlar artıq bir-birini tanımır, dəyərlər qarışıb, kimliklər itib:
Gör nə günə qalıb yenə bu dünya,
Nə necəsin, nə niyəsin tanımır.
Qardaş deyib bir- birini yanıyır,
Ox yayını, qın tiyəsin tanımır.
İsti deyil yaşadığım o damlar,
Qamış çıxır əkdiyimiz badamlar.
Hər gün bir az zalımlaşır adamlar,
Nə doğmasın, nə öyəsin tanımır.
Ayıb şeymiş dost böyrünə qısılman,
Günah deyil Dor ağacdan asılman.
Dörd yanını düşmən bilir müsəlman,
Nə sünnüsün, nə şiyəsin tanımır.
Deyirlərki, şir quyruğu bastanıb,
Buna görə əmmamələr yasadanıb.
Din pərdəsi iç üzündən pastanıb,
Aləm dəyib it yiyəsin tanımır.
Şairin, hər bənddin son mistaları, - "Nə necəsin, nə niyəsin tanımır.", "Ox yayını, qın tiyəsin tanımır.", "Nə doğmasın, nə öyəsin tanımır.", “Nə sünnüsün, nə şiyəsin tanımır.”, "Aləm dəyib it yiyəsin tanımır."-misraları ümumilikdə cəmiyyətdəki böhranına işarə edir və ən əsası insanın artıq kim olduğunu, nəyə xidmət etdiyini unutduğunu göstərir.
Etibar Şeydanın poeziyasında insan daim öz-özü ilə mübahisədə olan bir varlıqdır. O, yaşadığı həyatın mənasını sorğulayır, etdiklərini ölçüb-biçir və nəticədə bir daxili hesabat verir.
“Nə qaldı ki?!” şeirində bu daha açıq hiss olunur:
“Neyləmişəm mən həyatda,
Bir daş üstdə, bir daş altda...”
Bu misralar insanın öz həyatına verdiyi qiymətdir. Bu qiymət isə çox vaxt sual şəklində olur — cavabdan çox sual var.
Şairin özünə müraciəti də diqqət çəkir:
“Şeyda səndən ötən daşa...”
Bu, klassik poeziyada rast gəlinən “özünə xitab” ənənəsinin davamıdır və şairin daxili dialoqunu gücləndirir.
Etibar Şeydanın şeirlərində dil sadə, axıcı və xalq ruhuna yaxındır. Bu sadəlik isə zahiri deyil — onun arxasında ciddi düşüncə dayanır.
Onun poetik xüsusiyyətlərini belə ümumiləşdirmək olar.
Klassik aşıq şeirinə yaxın qafiyə və ritm sistemi.
Ritorik sualların geniş istifadəsi.
Təşbeh və metaforaların həyatiliyi.
Xalq deyimlərinə və hikmətli fikirlərə yaxınlıq.
Bu xüsusiyyətlər onun şeirlərini həm anlaşılan, həm də düşündürücü edir.
Etibar Şeydanın bu şeirləri bir daha göstərir ki, poeziya yalnız duyğu deyil, həm də düşüncədir. Onun yaradıcılığında dünya fanidir, insan acizdir, amma söz — həqiqətin daşıyıcısıdır.
Bu şeirlər oxucunu sarsıdır, düşündürür və bəzən də öz həyatına kənardan baxmağa vadar edir. Ən əsası isə bir sual qoyur. İnsan bu dünyadan nə aparır və nə qoyub gedir?
Şairin bütün şeirləri oxucunu düşünmək üçün suallar qarşısında qoyur. Bu hər bir yaradıcı şairin ən gözəl yaradıcılıq üslubudur ki, gözəl şairimiz Etibar Şeyda bunu gözəl bacarır. Bu yolda bu kiçicik yazımla şairimizə yaradıcılığında uğurlar diləyirəm.
Böyük səmimiyyətlə,
Elxas Comərd.
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.

FANİ DÜNYA VƏ SONSUZ SUALLAR

ZAMAN, ÖMÜR VƏ QAÇILMAZ SON

CƏMİYYƏTİN GÜZGÜSÜ: TƏNQİD VƏ NARAHATLIQ

İNSANIN DAXİLİ DRAMI VƏ VARLIQ SUALLARI
Etibar Şeydanın poeziyasında insan daim öz-özü ilə mübahisədə olan bir varlıqdır. O, yaşadığı həyatın mənasını sorğulayır, etdiklərini ölçüb-biçir və nəticədə bir daxili hesabat verir.
“Nə qaldı ki?!” şeirində bu daha açıq hiss olunur:
“Neyləmişəm mən həyatda,
Bir daş üstdə, bir daş altda...”
Bu misralar insanın öz həyatına verdiyi qiymətdir. Bu qiymət isə çox vaxt sual şəklində olur — cavabdan çox sual var.
Şairin özünə müraciəti də diqqət çəkir:
“Şeyda səndən ötən daşa...”
Bu, klassik poeziyada rast gəlinən “özünə xitab” ənənəsinin davamıdır və şairin daxili dialoqunu gücləndirir.
POETİK ÜSLUB VƏ XALQ RUHU
Etibar Şeydanın şeirlərində dil sadə, axıcı və xalq ruhuna yaxındır. Bu sadəlik isə zahiri deyil — onun arxasında ciddi düşüncə dayanır.
Onun poetik xüsusiyyətlərini belə ümumiləşdirmək olar.
Klassik aşıq şeirinə yaxın qafiyə və ritm sistemi.
Ritorik sualların geniş istifadəsi.
Təşbeh və metaforaların həyatiliyi.
Xalq deyimlərinə və hikmətli fikirlərə yaxınlıq.
Bu xüsusiyyətlər onun şeirlərini həm anlaşılan, həm də düşündürücü edir.
POEZİYADA HƏQİQƏTİN SƏSİ
Etibar Şeydanın bu şeirləri bir daha göstərir ki, poeziya yalnız duyğu deyil, həm də düşüncədir. Onun yaradıcılığında dünya fanidir, insan acizdir, amma söz — həqiqətin daşıyıcısıdır.
Bu şeirlər oxucunu sarsıdır, düşündürür və bəzən də öz həyatına kənardan baxmağa vadar edir. Ən əsası isə bir sual qoyur. İnsan bu dünyadan nə aparır və nə qoyub gedir?
Şairin bütün şeirləri oxucunu düşünmək üçün suallar qarşısında qoyur. Bu hər bir yaradıcı şairin ən gözəl yaradıcılıq üslubudur ki, gözəl şairimiz Etibar Şeyda bunu gözəl bacarır. Bu yolda bu kiçicik yazımla şairimizə yaradıcılığında uğurlar diləyirəm.
Böyük səmimiyyətlə,
Elxas Comərd.
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay