Son dövrlərdə Bakıda və paytaxtətrafı ərazilərdə geniş həyətə malik fərdi yaşayış evlərinin kütləvi şəkildə satışa çıxarıldığı müşahidə olunur. Bu evlərin bir çoxu 12-15 sot, bəzi hallarda isə daha böyük - 20 sotdan artıq həyətyanı sahəyə malikdir.

Bazarda ciddi ucuzlaşma qeydə alınıb. Elə təkliflər var ki, evin ümumi dəyəri demək olar yalnız torpağın qiyməti ilə eynilik təşkil edir.

Məsələn, bəzi ərazilərdə 1 sot torpağın qiyməti 20 min manat civarında dəyişir. Bu hesabla 22 sot torpaq sahəsi təxminən 440 min manata başa gəlir. Lakin həmin sahədə inşa olunmuş, 250-300 kvadratmetr yaşayış sahəsi olan üçmərtəbəli ev də eyni qiymətə satışa çıxarılır. Yəni faktiki olaraq alıcı evi “hədiyyə” kimi əldə etmiş olur.

Mütəxəssislər bildirirlər ki, bu vəziyyətin bir neçə əsas səbəbi var. İlk növbədə, böyük evlərin saxlanması ciddi maliyyə yükü yaradır. Xüsusilə qış aylarında bu tip tikililərin qızdırılması çətinləşir və yüksək xərclər tələb edir. Bəzi hallarda belə evlərdə yaşayan ailələr ay ərzində kommunal xidmətlərə minimum 500 manat, bəzən isə 700-800 manata qədər vəsait ödəməli olur.

Digər mühüm faktor isə nəqliyyat problemidir. Son illər Bakıətrafı qəsəbələrdə əhalinin artması ilə əlaqədar olaraq, şəhərə giriş-çıxış xeyli çətinləşib. Səhər və axşam saatlarında yaranan uzun tıxaclar sakinlərin gündəlik həyatını daha da mürəkkəbləşdirir. Bu səbəbdən bir çox ev sahibi mərkəzə daha yaxın ərazilərə köçməyə üstünlük verir.

Ev alqı-satqısı ilə məşğul olan Qabil Əhmədov saytımıza açıqlamasında deyib ki, iri həcmli fərdi evlərə marağın azalması bazarda qiymətlərin aşağı düşməsinə gətirib çıxarıb: “Əvvəllər böyük həyətli evlər prestij sayılırdı. Amma indi alıcılar daha çox kompakt, enerjiyə qənaətli və şəhərə yaxın mənzillərə üstünlük verir. Böyük evlər isə həm saxlanma xərclərinə, həm də yerləşmə baxımından əlverişsiz olduğuna görə satışı çətinləşir”.

Onun sözlərinə görə, bu tendensiya yaxın dövrdə də davam edə bilər. Çünki şəhər həyatının sürətlənməsi və komforta olan tələbin artması insanları daha praktik yaşayış seçimlərinə yönəldir.

Sonda qeyd etmək yerənə düşər ki, hazırda bazarda maraqlı paradoks yaranıb: torpaq qiymətləri yüksək olaraq qalır, lakin həmin torpağın üzərində tikilmiş böyük və bahalı evlər dəyərini itirir. Bu, alıcılar üçün fürsət sayılsa da, satıcılar üçün arzuolunan hal deyil…

Son xəbərlər

Sabah Hacıqabulun 7 kəndində qaz olmayacaq

Sabah yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək

Müğənni faciəli şəkildə dünyasını dəyişdi

Keti Perrinin Bakıya gəlməyinə belə reaksiya verdi - Foto

Bakıda villalar torpaq qiymətinə satılır - Səbəb

Qurban bayramında ətin qiyməti belə dəyişəcək - Əhaliyə çağırış edildi

Elmira Mahalqızının “Yoxluğunla yaşayıram...” adlı kitabının təqdimatı keçiriləcək

Nazir: Təhsil yalnız bilik vermək deyil, həm də yetişən nəslin dünyagörüşünü formalaşdırmaqdır

Moskvada mobil internet 1 günlük tam söndürüləcək

Sumqayıt stadionunda faciəvi hadisə

Ehtiyata buraxıldıqdan nə qədər sonra - Hərbi toplanışa çağırıla bilərsiniz?

"E-Hüquqşünas" məlumat portalı təqdim edilib

Azərbaycanın yerin müşahidəsi peyklərinin dizaynı tamamlanıb

ICIEC: Azərbaycan investisiya və tərəfdaşlıq üçün perspektivli mühit təqdim edir

Perrinin şəxsi əşyaları hərraca çıxarılacaq

İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da

15 milyon izləyicisi silindi

Prof. RÜFƏT LƏTİF OĞLU HÜSEYNZADƏ - 75 İL - FOTO

Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir

BİZİM TƏQVİM:Mayın 7-də baş vermiş tarixi hadisələr

Bakının bir sıra yollarında tıxac yaranıb

Çempionlar Liqasında ikinci finalçı PSJ olub

Rumıniyada Adolf Hitler adlı şəxsin məzarı tapıldı

Gürcüstanda yanacağın qiyməti bahalaşıb

Rusiya XİN diplomatik missiyalara və beynəlxalq təşkilatlara nota göndərib

"Bavariya" - PSJ qarşılaşmasının yayımçısı dəyişdi

Benzemaya görə klubu tərk edir

Türkiyə ilə danışıqlarda iştirak edən erməni tərcüməçi öldü

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031