Turaztv.az » Xəbərlər » Ömür sirdaşım - FOTO
Xəbərlər

Ömür sirdaşım - FOTO

07.05.2026, 21:43 495
Atlaz Rzayi

Ömür sirdaşım.

Sən mənə min bahar bəxş eləmisən,
Küssəm bir qışından nankorluq olar.
Ən gözəl günləri sənlə yaşadım,
Dansam bir gününü oğurluq olar.

Sevginin yaxşısı,pisi olmayır,
Ürək ədalətlə verir qərarın.
Mənim bu getdiyin yolların üstə
Duatək səpilib gözündən nurun.

Çətin günlərimin sadiq dostusan,
Ay ömür yoldaşım, ömür sirdaşım.
Sənsiz istəmirəm qızıldan saray,
Sənsiz ağarmasın dünyada başım.


GƏLMƏ

Heç səni gözləmək də
bir iş deyilmiş
Bu qədər dərdin içində.
Gəlməyin özü də xeyirə yozulan
Gəliş deyilmiş.
Bəlkə də yoxluğunun işığı
Varlığının zülmətindən daha yaxşı imiş.
Bəlkə sənsizliyə alışmaq imiş
Elə ən gözəl xoşbəxtlik.
Nə ürəyini yolların açılmış qollarına sərmək var,
Nə də ki ümidin acı meyvəsini dərmək.
Gözlərim hər şeydən yığılıb özümə baxanda,
Gəldiyim yoluma,
İzimə baxanda
Gördüm tənhalıqdır xoşbəxtlik.
Gəlmə.


Ömür sirdaşım - FOTO

Oxşar xəbərlər