Turaztv.az » Xəbərlər » Qismətim deyilsən - FOTO
Xəbərlər

Qismətim deyilsən - FOTO

09.06.2026, 01:14 134
Xəlil Mirzə
Şair- publisist

Sənə ömür vermək qismətim deyil,
Yenidən bir ömür başlayımmı mən?
Nə ömür keçmişəm, özüm keçmişəm,
Indi taleyimi daşlayımmı mən?

Tale sınağında uduzar naşı,
Nanəcib aldadar hər addım başı.
Sənin qismətinlə durub yanaşı,
Çılğın ehtirasa baş əyimmi mən?

Əlbət, qarşıdadır həyatın sənin,
Həm özün incisən, həm adın sənin.
Hələ köklənməmiş bayatın sənin
Nəğmənin gözünü yaşlayımmı mən?

Çatlamış şüşənin sınmaq qisməti,
Qəlbdən yanmayanın donmaq qisməti.
Saxta hərarətin sönmək qisməti,
Girov hərarətlə qışlayımmı mən?

Xəliləm, gümanam, anarsan məni,
Ya nəcib, ya rəzil sanarsan məni.
Yəqin ki, gün gələr danarsan məni:
“Mənim olmayanı xoşlayımmı mən?”.

20.05.2000.

Oxşar xəbərlər