Hekayə

Bakının bir neçə kilometrliyində yerləşən Xırdalan şəhəri həm paytaxtın çılğın ritmini pıçıldayır, həm də özünəməxsus sakitliyini bir inci kimi qoruyub saxlayır. Bu şəhərin məhəllələrindən birində, çiyin-chiyinə vermiş iki həyət evi mürgüləyirdi. Şəhərin göydələnlərinin soyuq bozluğundan fərqli olaraq, bu evlər insanı uşaqlığın o səmimi, nağılvari mühitinə daşıyırdı. Burada zamanın axışı da, qəlblərin bir-birinə isinişi də tam fərqli idi. Bu bənzərsiz qonşuluq rübabının memarları ise ömürlərinin müdrik xəzanını yaşayan iki ziyalı təqaüdçü – Həmid müəllim və Nəcməddin həkim idi. Hər iki qonşu uzun illər gənc nəslin yetişməsində ruhunu məşəl tək yandırmış, indi isə ağsaqqallıq dövrünün dadını çıxaran fədakar insanlar idilər. Onların könül qapıları sadəcə bir-birinin üzünə deyil, bütün məhəllə sakinlərinə hər an açıq olardı. Həmid müəllim uzun illər Texniki Universitetdə "Avtomobillərin istismarı" fakültəsində dosent işləmişdi. O, mühəndislik dünyasının o dəqiq elmini gənclərə sevdirən, tələbələrinin qəlbində taxt qurmuş bir elm fədaisi idi.

Təqaüdə çıxsa da, onun müəllimlik missiyası ruhundan heç vaxt silinməmişdi. Evinin qapısı gün boyu kilidlənməz, dəhlizinin divarlarından qədim, nadir kitabların hikmət sədaları ucalardı. Həmid müəllimin ən böyük sevdası isə pəncərəsi önündə bənövşələr, qərənfillər bəsləmək idi. Hər yaz onun bağçasından ətrafa yayılan ətir bütün məhəlləni bürüyərdi. O, asudə vaxtlarında nəvəsini də yanına alıb küçəyə çıxar, ağsaqqal nuraniliyi ilə hər kəslə hal-əhval tutardı. Bir gün çəmənlikdə gəzərkən nəvəsi maraqla soruşdu: "Baba, maşınların çarxları necə belə birgə dönür?". Həmid müəllim onun saçını tumarlayıb gülümsədi: "Bax, balam, o çarxlar bir-birinə dayaq durduqca maşın irəli gedir. İnsanlar da belədir; əl-ələ verib, bir-birinə güvənəndə həyat gözəlləşir". O, darvazanın önündən keçən məktəbli uşaqları da səsləyər, onlara şirniyyat paylayıb bu nəsihətamiz hekayətlərdən danışardı. Məhəllənin uşaqları üçün o, canlı bir nağıl dünyası idi.Onun evindən iki ev aralı olan qonşusu Nəcməddin həkim isə uzun illər 2 saylı tibb texnikumunda gənclərə bu nəcib peşənin sirlərini, insan həyatına verilən müqəddəs dəyəri aşılamışdı. Nəcməddin həkim həm tibbin nəzəriyyəsini, həm də insan anatomiyasını mükəmməl bilən, təcrübəli bir pedaqoq idi. Ağ xalatını və köhnə, qəhvəyi rəngli tibb çantasını həmişə canı tək hazır saxlayardı. Məhəllədə kiminsə təzyiqi qalxanda dərhal onun qapısını döyərdilər. O, hər bir xəstəyə bir müəllim səbiri və loğman qayğısı ilə yanaşar, ilk köməyi təmənnasız göstərərdi. Bu iki ziyalı qonşunun dostluğu bütün şəhərə örnək idi. Onlar yayda tut ağacının kölgəsində, qışda isə Həmid müəllimin aynabəndində çay süfrələri qurardılar. Hər şənbə günü samovardan ucalan kəklikotu ətri ətrafa yayılarkən, Nəcməddin həkim isti şirniyyatlarla gələrdi.
Bir axşamüstü Nəcməddin həkim nəvəsi ilə məhəllə bağında gəzişirdi. Göydə süzən quşları görən nəvəsi soruşdu: "Baba, quşlar niyə heç yorulmadan belə uça bilirlər?". Müdrik həkim onun əlindən tutub göyə baxdı: "Çünki onların qanadlarında azadlıq, qəlbində isə yuva sevgisi var, balam. İnsanın da daxili aləmi, ruhu saf və sevgi dolu olanda, heç bir çətinlik onu yora bilməz". Bu iki nurani qocanın süfrə arxasındakı söhbətlərinə isə doymaq olmazdı. Biri mexanikanın dəqiqliyini, digəri isə insan bədəninin və ruhunun harmoniyasını təmsil edirdi. Onların müdrik kəlamları məhəllə gəncləri üçün sanki açıq havada keçirilən universitet mühazirəsi idi.Məhəlləmizin o kiçik evində, bu iki fədakar təqaüdçünün sayəsində insanlığın ən böyük, ən saf istisi yaşanırdı. Qonşular illərdir bir-birinin dərdinə ortaq oldular, eyni qəlbi paylaşmağın ucalığını hiss etdilər. Mən isə eyvandan onlara baxıb düşündüm: Bu dünyada ən böyük sərvət lüks mənzillər deyil, dar gündə qapısını tərəddüdsüz döyə biləcəyin, sənə həm elmi, həm də qəlbi ilə işıq tutan Həmid müəllim və Nəcməddin həkim kimi mehriban qonşulara sahib olmaqdır.

Hüseyn İsaoğlu,
yazıçı - publisist,
AYB-nin və AJB -nin üzvü

Son xəbərlər

FHN küləkli hava ilə əlaqədar çimərliklərə gedənlərə müraciət edib

Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbəsi nəticəsində ölənlərin sayı 15-ə çatıb - YENİLƏNİB

Azərbaycanla Sudan arasında diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad ediləcək

Azərbaycan Rusiyaya nota verib

Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidentinə və üçqat dünya çempionuna hökm oxunub

OBYEKTİVLİK JURNALİSTİKANIN ƏSAS PRİNSİPİDİR: AHİK ƏTRAFINDA YARADILAN SÜNİ MÜZAKİRƏLƏRƏ HÜQUQİ VƏ İCTİMAİ BAXIŞ

Bəzi rayonlara intensiv yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

DSX-nin Logistika Mərkəzi və Sərhəd Nəzarətinin Tədris Mərkəzi xidməti istifadəyə verilib

“Azercell” yeni nəsil “Alfa Plan” tariflərini təqdim edir

Azərbaycanda "Ultra All Inclusive" sistemi niyə tətbiq edilmir?

Sabah 37 dərəcə isti olacaq

✍ Sevil Azadqızı : SEVGİ VƏ ZAMAN FƏLSƏFƏSİ - FOTO

Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb

Prezident İlham Əliyevə yüksək ictimai etimad ölkənin inkişafı və sabitliyi ilə bağlıdır ŞƏRH

"Bakı Hövsan Beynəlxalq Dəniz Limanı"nın səhmdarlarının sayı azalıb

İlham Əliyev Malavi Prezidentini təbrik edib

Mürsəl İbrahimov Goranboyda vətəndaş qəbulu keçirəcək

Son iki gündə 81 cinayətin açılması təmin olunub

Partlayışda ölən Zəhra bu il məzun olmuşdu

“Arazın sahilində” növbəti ekoloji təmizlik aksiyası keçirildi

“Ethem” vəfat etdi

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Ölümə aparan bir qocalıq var... - FOTO

Şuşada mədəni və etnik müxtəliflik üzrə beynəlxalq konfrans keçirilir

Qızılın qiyməti son 2 həftənin maksimumuna yaxınlaşır

Bakının iki rayonunun bəzi ərazilərində işıq olmayacaq

Övlad məhəbbətini görməyən ana - FOTO

Şərurda ağır qəza: bir ailənin üç üzvü ölüb - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031