Turaztv.az ONDERTV.ORG-a istinadən xəbər verir:
Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın xatirəsini yaşatmaq hər birimizin mənəvi borcudur. Bu baxımdan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında yazıçı-publisist, ADPU-nun Quba filialı, Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinovanın müəllifi olduğu, Vətən Müharibəsi Qəhrəmanı şəhid Mehrab Niftəliyevin həyat və qəhrəmanlıq yolundan bəhs edən “Mehrab dastanı” kitabının təqdimat mərasiminin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Tədbirdə dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, ziyalılar, müəllim və tələbələr iştirak edərək qəhrəman şəhidimizin əziz xatirəsini ehtiramla yad etdilər. Çıxışlarda qeyd olundu ki, “Mehrab dastanı” təkcə bir qəhrəmanın həyat hekayəsi deyil, həm də Vətən sevgisinin, vətənpərvərliyin və milli ruhun təcəssümüdür.Kitabın müəllifi Nəhayət Şirinova uzun və məsuliyyətli zəhmətin nəticəsi olan bu əsərlə Mehrab Niftəliyevin ömür yolunu, döyüşlərdə göstərdiyi şücaəti və vətənə sonsuz bağlılığını gələcək nəsillərə çatdırmağa nail olub. Belə əsərlər gənclərin milli ruhda tərbiyəsinə, qəhrəmanlarımızın tanıdılmasına və tarixi yaddaşımızın qorunmasına mühüm töhfə verir.
“Mehrab dastanı”nın təqdimatı bir daha göstərdi ki, şəhidlərimizin adı, xatirəsi və qəhrəmanlığı xalqımızın qəlbində əbədi yaşayır. Bu cür dəyərli təşəbbüslər isə həmin müqəddəs irsin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Nəhayət Şirinovanı bu dəyərli əsərin ərsəyə gəlməsi münasibətilə Vətənim Azərbaycandır.az kollektivi və şəxsən təsisçi və baş redaktor Kamran Orucovun adından ürəkdən təbrik edir, yaradıcılıq fəaliyyətində yeni uğurlar, bol nailiyyətlər və yeni-yeni əsərlər arzulayırıq. İnanırıq ki, “Mehrab dastanı” kimi əsərlər milli ədəbiyyatımızın və vətənpərvərlik salnaməmizin dəyərli nümunələri sırasında layiqli yerini tutacaq.















Son xəbərlər

SEVGİ DÜNYANI GÖRÜNMƏDƏN İDARƏ EDƏN QÜVVƏDİR

BAŞKƏND YOLUNDA: MUTUDƏRƏNİN SƏNGƏRLƏRİNDƏ

İSGƏNDƏR QALASI: MUTUDƏRƏNİN ZİRVƏSİNDƏ YAZILAN QƏHRƏMANLIQ

İran ABŞ ilə danışıqlar aparır?

Leysan, şimşək, dolu... - Sabahın havası

CƏMIL DADAŞOV – 65

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

Bu il nələr olacaq? - Vanqa daha nə görmüşdü?

Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu

Avropada miqrasiya böhranı yenidən kəskinləşib

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

MƏNƏVİYYATININ ƏSAS ROLU

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

Cansevər dünyasını dəyişdi

Türkiyədə zəlzələ oldu

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bolqarıstan XİN ölkənin hava məkanına dronun daxil olması ilə bağlı Ukrayna səfirini çağırıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

Mizana tutmaqdı Zeynəbin işi - FOTO

Bloomberg: ABŞ neft maqnatının Venesueladakı layihələrdən çıxmağını istəyir

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31