
Xəbərlər
6.07.2026, 10:22
Ölümə aparan bir qocalıq var... - FOTO
EH,QADIN
Sahilə can atan dəniz də coşmaz,
Bu varlıq,bu aləm sevgisiz hədər.
Eh,qadın, o quşa yaxşı qulaq as
Ruhuna bağlıdır bu bənzətmələr.
Şeirim, ilhamım dil açır səndə,
Sirsən, möcüzəsən, işıqsan,nursan.
Batıb xəyalımın üfüqlərində
Günəş tək yenidən sən doğulursan.
Bir doğma gəzirəm yadlar içindən,
Ümid baharından gül qoparıram.
Bu ahıl çağımda adlar içindən
Tək sənə bənzəyən ad axtarıram.
Eh,qadın,gözəlsən bahar libasda,
Sevgidə sonsuzluq,bax ucalıq var.
Vaxt ötür, gün keçir, düşün bir az da
Ölümə aparan bir qocalıq var...
Sahilə can atan dəniz də coşmaz,
Bu varlıq,bu aləm sevgisiz hədər.
Eh,qadın, o quşa yaxşı qulaq as
Ruhuna bağlıdır bu bənzətmələr.
Şeirim, ilhamım dil açır səndə,
Sirsən, möcüzəsən, işıqsan,nursan.
Batıb xəyalımın üfüqlərində
Günəş tək yenidən sən doğulursan.
Bir doğma gəzirəm yadlar içindən,
Ümid baharından gül qoparıram.
Bu ahıl çağımda adlar içindən
Tək sənə bənzəyən ad axtarıram.
Eh,qadın,gözəlsən bahar libasda,
Sevgidə sonsuzluq,bax ucalıq var.
Vaxt ötür, gün keçir, düşün bir az da
Ölümə aparan bir qocalıq var...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










