
Xəbərlər
24.06.2026, 01:04
Adil Cəfakeş poeziyasından bir nümunə... - FOTO
MƏN ÖZÜM ÖZÜMƏ QƏNİM KƏSİLDİM,
ÖZÜMÜ ÖZÜMƏ YAĞI YAZACAM.
ÖZÜMÜ ÖZÜMƏ YAĞI YAZACAM.
Adil Cəfakeş poeziyasından bir nümunə...
Son illər müasir Azərbaycan poeziyasında giley, şikayət və daxili narahatlıq motivləri üzərində qurulan şeirlər diqqəti xüsusilə cəlb edir. Bu mövzuda qələmə alınan bir çox nümunələr artıq uğurlu bədii ədəbiyyat örnəklərinə çevrilmişdir. Şairlər taledən, zamandan, sevgidən, cəmiyyətdən və ya öz həyat yollarından doğan incikliklərini poetik dillə, yüksək bədii ifadə vasitələri ilə oxucuya çatdırmağı bacarırlar.
Giley üslubu Azərbaycan ədəbiyyatında həm klassik poeziyanın – qəzəl, qoşma və gəraylıların, həm də müasir şeirin ən geniş yayılmış və ən təsirli mövzularından biridir. Bu şeirlərdə zamanın ədalətsizliyi, insan xəyanəti, tənhalıq, tale və fələkdən giley əsas yer tutur. İnciklik, kədər, ümid, nisgil və bəzən də sosial etiraz hissləri misraların ruhuna hoparaq oxucunu düşündürür.
Şeir yazmaqdan vaz keçmək, yaxud şair ruhunun daşıdığı ağır yükdən yorulmaq da Azərbaycan poeziyasında tez-tez rast gəlinən, dərin və təəssüf doğuran bir hissdir. Bu ağrı bəzən şairin öz qəlbinin səsini həddindən artıq dinləməsindən, bəzən isə yazdıqlarının layiq olduğu qiyməti almadığını düşünməsindən qaynaqlanır.
Bəzən qələmi yerə qoymaq istəyi də məhz bu mənəvi yorğunluğun nəticəsi olur. Axı hər misra bir duyğu, hər şeir isə şair ruhun bir parçasıdır. Şair yazdıqca özünü oxucuya təqdim edir, qəlbinin dərinliklərini paylaşır. Bu isə mənəvi baxımdan son dərəcə ağır və məsuliyyətli bir yükdür.
Elə buna görə də şairin gileyi yalnız şəxsi narazılıq deyil. O, həm də zamanın, cəmiyyətin və insan taleyinin poetik etirafıdır.
Bu baxımdan şair Adil Cəfakeşin bu səhər qarşıma çıxan "YAZACAM" şeiri mənə yuxarıdakı fikirləri düşüncəmə hopdurdu. Adil Cəfakeşin bu şeiri də qəlb yanğısından doğan, ömrün yorğunluğu, haqsızlıqların ağrısı və şair taleyinin acı etirafı üzərində qurulmuş təsirli bir nümunədir. Şair burada təkcə şəxsi dərdini deyil, həm də özünü dəyərsiz hiss edən, əməyinin qarşılığını görməyən şairlərin ümumiləşdirilmiş taleyini ifadə edir.
"Ta şeir yazmağın başın buraxdım,
Yazsam bundan sonra ağı yazacam.
Daha bar vermədi ömür bostanım,
Çiçəyi qurumuş tağı yazacam."
Yazsam bundan sonra ağı yazacam.
Daha bar vermədi ömür bostanım,
Çiçəyi qurumuş tağı yazacam."
Şeir ümidsizliklə barışma arasında qalan bir insanın daxili monoloqudur. Şair bildirir ki, artıq əvvəlki kimi şeir yazmaq həvəsində deyil. Bundan sonra sevincdən, məhəbbətdən deyil, həyatının ağrı-acılarından, yarımçıq qalmış arzularından yazacağını söyləyir.
Şeir elə ilk misralardan oxucunu təsir altına alır. Buradakı "ağı" sözü sadəcə mərsiyə deyil, ömrün kədər salnaməsi mənasını daşıyır.
"Binam tikilmədi, təməlim qalıb,
Dilimdə nə yoxum, nə bəlim qalıb.
Allaha uzalı sol əlim qalıb,
Çiynimdən kəsilmiş sağı yazacam."
Dilimdə nə yoxum, nə bəlim qalıb.
Allaha uzalı sol əlim qalıb,
Çiynimdən kəsilmiş sağı yazacam."
"Binam tikilmədi, təməlim qalıb"- misrası çox güclü bənzətmədi. Burada bina insan ömrünü, təməl isə həyata bağlanan ümidləri ifadə edir. Yəni həyat yarımçıq qalıb, arzular sona çatmayıb.
Şeirin ən təsirli bəndlərindən biridir. Sağ əl burada qüvvənin, dayağın, imkanın rəmzidir. Sol əlin Allaha uzanması isə son ümidin yalnız Yaradan olması fikrini ifadə edir.
Şair öz həyatına hesabat verir:
"Keçir sınıq - sökük ömür şayədə,
Tapım təsəllimi hansı ayədə?
Daha şeirlə yox, bir hekayədə,
Sinəmə çəkilən dağı yazacam."
"Keçir sınıq - sökük ömür şayədə,
Tapım təsəllimi hansı ayədə?
Daha şeirlə yox, bir hekayədə,
Sinəmə çəkilən dağı yazacam."
"Tapım təsəllimi hansı ayədə?"- misrada isə şair həm inam, həm də çarəsizliklə yanaşı dayanır. Şair təsəlli axtarır, lakin həyatın ağrıları onu daim düşündürür.
"Şairdə xoş günmü, bir xoş anmı var,
Əriyib, canında məgər canmı var?
İndi şeriyyatı oxuyanmı var,
Şairə edilən lağı yazacam."
Əriyib, canında məgər canmı var?
İndi şeriyyatı oxuyanmı var,
Şairə edilən lağı yazacam."
Bu misralarda müasir dövrdə poeziyaya marağın azalması, şair əməyinə laqeyd münasibət tənqid olunur. Burada tək bir insanın deyil, bütöv bir yaradıcı nəslin narahatlığı səslənir.
"Adiləm, nə yazdım, bəxtdən nə sildim?
Haqqım tapdalandı, daim əzildim,
Mən özüm özümə qənim kəsildim,
Özümü özümə yağı yazacam."
Haqqım tapdalandı, daim əzildim,
Mən özüm özümə qənim kəsildim,
Özümü özümə yağı yazacam."
Şeirin ən kulminasiya nöqtəsi bu bənddi. Şair başqalarından çox özünü ittiham edir. Həyatın uğursuzluqlarında öz payını da görür. Bu etiraf şeirə səmimiyyət və daxili dramatizm qazandırır.
Bu şeir, səmimi etiraf şeiridir. Bir ömür hesabatı, şair taleyinin ağrılı poetik etirafıdır.
güclü metaforalar və xalq dilindən gələn ifadələrlə zəngindir;
oxucunu düşündürən fəlsəfi və sosial məzmun daşıyır.
Ən uğurlu cəhəti isə müəllifin ağrını süni şəkildə böyütməməsi, onu yaşadığı kimi ifadə etməsidir. Elə buna görə də şeir oxucuya təsir edir və yadda qalır. Məncə, bu şeirin əsas yükünü daşıyan misra budur:
"Mən özüm özümə qənim kəsildim,
Özümü özümə yağı yazacam."
Çünki bütün şeir boyu səslənən giley, ümidsizlik və ömür yorğunluğu sonda insanın öz vicdanı ilə üz-üzə qalması ilə tamamlanır. Bu isə şeiri adi gileydən çıxarıb ciddi poetik etiraf səviyyəsinə yüksəldir.
Sonda, dəyərli şairimizə şeiri oxuyandan sonra yazdığım bir cümlə ilə bitirmək istəyirəm:- Yaz şair yaz, ürəyinizə sağlıq, ruhunuza əhsən gözəl insan...
Böyük səmimiyyətlə,
Elxas Comərd,
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



















