Filologiya elmləri doktoru, professor Vüqar Əhməd “Şəhriyarın fars poeziyasında yeri və mövqeyi” adlı elmi araşdırmasında XX əsr Azərbaycan və İran ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyarın farsdilli yaradıcılığı geniş şəkildə təhlil edib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədqiqatda Şəhriyarın yalnız Azərbaycan və İran poeziyasının deyil, bütövlükdə Şərq ədəbi fikrinin ən qüdrətli simalarından biri olduğu qeyd olunub. Onun yaradıcılığı klassik ənənələrlə müasir poetik düşüncəni uğurla birləşdirərək fars poeziyasının inkişafında mühüm rol oynayıb. Professor Vüqar Əhməd vurğulayıb ki, Şəhriyarın fars dilində qələmə aldığı qəzəl, qəsidə, məsnəvi və digər poetik nümunələr sənətkarlıq baxımından yüksək bədii dəyərə malikdir.

Araşdırmada şairin həm Azərbaycan, həm də fars ədəbiyyatına verdiyi töhfələrdən bəhs olunur. Bildirilir ki, “Əsrin Hafizi” adlandırılan Şəhriyar klassik poeziyanın zəngin irsini müasir dövrün estetik tələbləri ilə uzlaşdıraraq özünəməxsus yaradıcılıq məktəbi formalaşdırıb. Onun əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunub və geniş oxucu auditoriyasının rəğbətini qazanıb.

Məqalədə Şəhriyarın fars poeziyasında tutduğu mövqe, İran ədəbi mühitinə təsiri, klassik və çağdaş şeir üslublarından məharətlə istifadə etməsi xüsusi qeyd edilir. Müəllifin qənaətinə görə, Şəhriyar ənənə və novatorluq arasında uğurlu tarazlıq yaradaraq XX əsr fars poeziyasının zirvələrindən birini fəth edib.

Professor Vüqar Əhməd vurğulayıb ki, Şəhriyarın farsdilli irsi Azərbaycan ədəbiyyatşünaslığında daha geniş və fundamental şəkildə araşdırılmalıdır. Bu istiqamətdə aparılan tədqiqatlar böyük şairin yaradıcılığının yeni qatlarının üzə çıxarılmasına imkan verəcək.

Məqalədə Şəhriyarın Azərbaycan və İran mədəniyyətləri arasında mənəvi körpü rolunu oynadığı, iki dildə yaratdığı zəngin ədəbi irslə dünya ədəbiyyatında özünəməxsus yer tutduğu qeyd olunur.

Son xəbərlər

"Turan ödülü" təltifi üçün təşəkkür edirəm, dəyərli İlqar müəllim və doğma Həməşəra səhifəsi.

Vaqif Vüqar : Şəhid məzarının yaxınlığında - FOTO

“Şorca harayı” — yaddaşın Göyçəyə uzanan səsi

Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ

Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir"

Süni intellektin təhlükəli potensialı ilə bağlı xəbərdarlıq: Viruslar yarada bilir?

Türkiyənin turizmdən əldə etdiyi gəlir açıqlandı: Fantastik məbləğ

Dünyanı bürüyən gizli dəhşət: 57 milyondan çox insanda var

Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var

İlk dəfə Trampla görüşdü

Uzun illərdən sonra efirə qayıdır

Əməliyyatdan sonra həyatı kabusa çevrilmişdi - Evtanaziya ilə öldü

Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Təbiət payıza hazırlaşır... - Fotolar

İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib

Sevinc Yunuslu : Azərbaycan qadınları mətindir!.. - FOTO

Prezident əfv Sərəncamı imzaladı - Adlar

Əziz qardaşım Vüqar!

Hacıməmməd Məmmədov : Xatirələrdə yaşayan ömür

DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir

Azərbaycan neftinin qiyməti 117 dolları keçib

Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb

Bakıda 14 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Tovuza dolu düşdü - FOTO

Bu rayonlarda işıq olmayacaq - Yenilənib

Yaş deyil, zaman dəyişir: mədəniyyət institutları yenilənmə yolunda

Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930