İnsanın bu dünyada öyündüyü arxalandığı doğmalar, yaxınlar,dostlar,xətrini əziz tutduğu insanlar var. Onun üçün doğma əziz sayılır.Onların xoş əhvalından insani münasibətlərindən qidalanaraq ömrünə ömür qataraq yaşamaq eşqi insan üçün bir məlhəm olur.
Bəli mən bu sadaladıqlarım içində dost haqqında söhbət açmaq istərdim elə bir dost var ki ,öz sədaqətiylə,dostcanlığıyla ,səmimiyyətilə, etibarıyla dostlar arasında yetərincə hörmətini qazanaraq öz yerini bilən sədaqətli bir insan jurnalist Cəmil Zəbhullaoğlu haqqında nə qədər danışsaq xoş söz desək azdı.İnsani keyfiyyətləri ilə öz rəğbətini qazanan dəyərli bir dost vətəninə sadiq bir övlad olan vətən sevdalı Cəmil müəllim.


Deyir dostun varsa uca dağ təki,
Çəkinmə dostyana sən də et ərki,
Bir yerə vuraraq külüngü,kərki,
Qoy görsün dostların hünərini el.


Bəli el içində sayılıb seçilmək bu özü Allahın insana bir lütfüdür. Lütf qazana bilən özü Allahın istəkli bəndəsidir.Bəli Cəmil müəllim də bu cür dostlardan biridir. Öz hörmətini hər zaman yetərincə qazanaraq ömrün elə bir zirvəsindəki ki, onu bu yaşda şux görmək olduqca həyata bağlılığı ona yaşamağın dadını çəkdirir. 65 gözəl rəqəmdir bu rəqəmlərin gücü ilə sizi 75 də, 85 də, 95 də,nəhayət ən ucası olan 105 də görək sizi hörmetli Cəmil müəllim.

İllər əlinizdən tutaraq belə,
Aparır yenicə bir dövrə ilə,
Baxıb üzünüzə gün gülə-gülə,
Yaşa bu dünyada yaşa ey insan.

Ömür Allah payı can əmanətin,
Üzündə nurun var xoş sədaqətin,
Elinə bağlı o saf məhəbbətin,
Harda yaxşı dost var sən orda varsan.

Hörmətli :
Cəmil müəllim
mən sizi şəxsən öz adımdan və təmsil etdiyim “Qəbələnin səsi” ədəbi yazarlar birliyinin üzvləri Qəbələ Oğuz yazarları adından səmimi qəlbdən təbrik edirik.

Sizin dostluğunuz bizim üçün tanrı əmanətidir. Çünki bu dostluq nə solan çiçəyə,nə də ki içdən qocalara pıtdaşan qurdlu ağaca bənzəyir. Nədəki sakit axdığı zamanı ,yağışın təsirindən lilləşən sularla birləşən payız çaylarına deyil, bu dostluq səhər şəfəqi kimi nurunu saçan,dan yeri kimi təmiz havası ilə qidalanan uca dağlar kimi,qönçəsində ətri bihuş edən dağ çiçəkləri kimi ətri könüllər yaxan qırılmaz zəncir kimi möhkəmlənən əbədi dostluq rəmzidir.
Bu gözəllikləri bizlərə bəxş edən uca Allah sizə can salığı ailə xoşbəxtliyi yaracılığınızda daim zirvələr fəth edərək onun gözəlliyini yaşayaraq ömrünüzün yüz beşinə kimi yol alasız Allah sizi dostluqdan əskik eləməsin Amin inşallah.

BU GÜN DOĞUM GÜNÜNDÜ TƏBRİK EDİRİK SİZİ,
HEÇ VAXT BÜKÜLMƏSİN O AYAQDA TUTAN DİZİ,
YAŞINIZA YAŞ QATARAQ ADDAYASIZ SİZ YÜZÜ,
ƏZİZ DOS 65 -İN ÖMÜRƏ GÜNƏŞ TƏK NUR ÇİLƏSİN!

HÖRMƏTLƏ SAYILASIZ ELDƏ OBADA HƏR AN,
QOY LAYİQLİ QİYMƏTİ VERSİN SƏNƏ BU ZAMAN,
SEVİNC DOLU XOŞ ANLAR YAZSIN SİZƏ BU DÖVRAN,
YAŞADIQCA ÖMRÜNÜZ XOŞBƏXTLİYƏ BƏLƏNSİN!

SƏSİNİZ, SƏDANIZ DAİM ZİRVƏLƏRDƏN GƏLSİN ,
CƏMİL MÜƏLLİM DOSTLAR BAXIB SİZƏ SEVİNSİN,
SİZİ ÇOX GÖRƏN QOY DÜŞMƏNLƏRİNİZ ƏYİLSİN,
XOŞBƏXTLİYİN ŞƏFƏQİ ÖMRÜNÜZƏ ƏLƏNSİN!

TUTSUN ƏLİNİZDƏN QOY SAF ARZUYLA XOŞ DİLƏK,
PƏNAHINIZDA DURSUN HƏR ANI UCA FƏLƏK,
BİZDƏ DOST ÜZÜNƏ BAXARAQ SEVİNƏK, GÜLƏK
ÜMİDLƏR DİLƏKLƏ ÇİÇƏK TƏK QOY PÖHRƏLƏNSİN!

ÇƏKDİYİNİZ ƏZİYYƏT DEYİM GETMƏSİN HƏDƏR,
HEÇ VAXTI DÖYMƏSİN QAPINIZI QƏM KƏDƏR,
XOŞ ARZUDAN,DİLƏKDƏN ŞİRİN ARZULAR BİTƏR,
QOY YAN- YÖRƏNİZDƏ NƏVƏ -NƏTİCƏ HƏRLƏNSİN!
SİZƏ BAXANDA DOSTLAR DAİMAN FƏRƏHLƏNSİN !

Hörmətə: “Qəbələnin səsi” ədəbi yazarlar birliyinin üzvləri adından birliyin sədri:
Şəhla Xəlilqızı.Müavini Mirhəsən Ağayev.

Son xəbərlər

Bloomberg: ABŞ neft maqnatının Venesueladakı layihələrdən çıxmağını istəyir

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

MƏNƏVİYYATININ ƏSAS ROLU

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

"Toppuş bacı"nın atası da vəfat etdi

Paşinyan İlham Əliyevə zəng etdi - Bu məsələlər müzakirə edildi

Sabirabadda məktəbli qızın meyiti tapıldı

Cəlilabadda "Nar Bağı" ailəvi-uşaq parkı... - FOTO

Misralarda zaman və insan.

Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb

Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb

Xocavənddə traktor minaya düşüb

Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!

Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto

“Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq

Haci Əkbər Rüstəmovun “Xatirələr yaşadır məni” kitabının ən kədərli səhifələrindən biri də Xocalının işğalı gecəsi Əkbər müəllimin keçirdiyi hisslərdir.

Əmtəə bazarlarında qızılın qiyməti 4 400 dollara yaxınlaşıb

Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib

17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı

Məmməd Qədir : Azad oldu deyin mənə... - FOTO

"Amerika niyə buraya gəlib hərbi bazalar qurmalıdır?" - Pezeşkian

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31