Bugün Azərbaycanın Milli Qəhrəmanı, təyyarə bələdçisi Hökumə Əliyevanın doğum günüdür.

Hökumə Cəlil qızı Əliyeva 1991-ci il avqustun 8-də Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub.

1993-cü ildə doğma kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra ailəsi ilə birlikdə Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşıb.

1996-cı ildə ailəsi Rusiyaya köçüb. Hökumə Əliyeva bir müddət Volqoqrad vilayətində yaşayıb, birinci sinifdən altıncı sinfədək şəhərin 78 nömrəli məktəbində təhsil alıb. Daha sonra ailə Gəncəyə köçüb və o, təhsilini burada davam etdirib.

Gəncə şəhərində V.Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirən Hökumə Əliyeva qəbul imtahanında 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. O, sonrakı illərdə təhsilini magistratura və doktorantura pillələrində davam etdirib.

Hökumə Əliyeva 2016-cı ildən Azərbaycan Hava Yollarında (AZAL) əmək fəaliyyətinə başlayıb. Əvvəlcə tərcüməçi kimi çalışan Hökumə daha sonra təyyarə bələdçisi kimi fəaliyyət göstərib.
O, 2024-cü ilin dekabrında AZAL-a məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini həyata keçirən "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub.

Faciənin ən ağır anlarında belə sərnişinləri sakitləşdirməyə çalışan Hökumə Əliyeva son dəqiqələrdə səsləndirdiyi "Hər şey yaxşı olacaq" sözləri ilə yaddaşlarda qalıb.

Son xəbərlər

Bloomberg: ABŞ neft maqnatının Venesueladakı layihələrdən çıxmağını istəyir

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

MƏNƏVİYYATININ ƏSAS ROLU

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

"Toppuş bacı"nın atası da vəfat etdi

Paşinyan İlham Əliyevə zəng etdi - Bu məsələlər müzakirə edildi

Sabirabadda məktəbli qızın meyiti tapıldı

Cəlilabadda "Nar Bağı" ailəvi-uşaq parkı... - FOTO

Misralarda zaman və insan.

Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb

Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb

Xocavənddə traktor minaya düşüb

Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!

Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto

“Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq

Haci Əkbər Rüstəmovun “Xatirələr yaşadır məni” kitabının ən kədərli səhifələrindən biri də Xocalının işğalı gecəsi Əkbər müəllimin keçirdiyi hisslərdir.

Əmtəə bazarlarında qızılın qiyməti 4 400 dollara yaxınlaşıb

Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib

17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı

Məmməd Qədir : Azad oldu deyin mənə... - FOTO

"Amerika niyə buraya gəlib hərbi bazalar qurmalıdır?" - Pezeşkian

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31