Odlar Yurdu Azərbaycanda son illər ərzində həm daşıdığı adı, həm də aktivliyi ilə tanınmağa başlayan, eyni halda milli kimliyi tərənnüm edən ədəbi birliklərdən biri də "Turan Yazarlar Birliyi"dir.

Turan Yazarlar Birliyinin sədri Turan sevdalısı, Turan Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü və "Turan Ödülü", "Ustad Niftalı Göyçəli" Ödülü və "Həməşəra" Fəxri Diplomu lauteatı, türkoloq, aşıq, yazıçı-şair hörmətli ustadımız Niftalı Göyçəlidir.
TYB-nin bir sədri və müxtəlif ölkələr, həmçinin, ayrı-ayrı sahələr barədə məsuliyyət daşıyan 11 nəfərdən ibarət İdarə Heyəti vardır.
Turan Yazarlar Birliyi siyasi partiya və ya qeyri-hökumət təşkilatı deyil, əslində ədəbi yaradıcılıq sosial bazası üzərində formalaşmış bir ədəbi birlikdir. Bu ədəbi birliyin məfkurəsi həm də, əsası 03 oktyabr 2009-cu il tarixində Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində qoyulmuş Türk Dövlətləri Təşkilatının (TDT) qarşıya qoyduğu məramı ilə bağlıdır...


TYB-nə üzv olmağın şərtləri...

Turan Yazarlar Birliyinə üzv olmağın şərtləri aşağıdakılardan ibarətdir:
1. Könüllülük (TYB-nə üzv olmaq istəyən namizəd şəxsən TYB-nin sədri və ya TYB-nin İdarə Heyətinin üzvlərindən birinə şəxsən müraciət etməklə və ikinci halda həmin üzvün zəmanəti əsasında);
2. TYB-nə üzv olmaq istəyən şəxsin gözəl ictimai davranış və əxlaqi keyfiyyətlərə malik olması;
3. TYB-nə üzv olmaq istəyən şəxsin türkçülük, Turan və turançılıq məfkurəsi sahəsində (şeir, nəsr, ədəbi təhlil və tənqid, esse, hekayə, povest, roman, həmçinin, bədii qiraət və s. sahələrində) diqqəti cəlb edəcək müddət ərzində bədii yaradıcılıqla məşğul olması...
TYB-nin yuxarıda göstərilən şərtlər əsasında üzvülüyə qəbul edilən şəxsə TYB-nin xüsusi üzvülük vəsiqəsi təqdim edilir.

Müxtəlif ödüllər və fəxri adlar...

Türkçülük, Turan və turançılıq məfkurəsi sahəsində bədii yaradıcılıqla məşğul olan yaradıcı şəxslərə TYB-nin İdarə Heyətinin qərarı əsasında "Turan Yazarlar Birliyinin Ödülü", "Tomris Ödülü", "Hüseyn Cavid Ödülü", "Qədir Aslan Ödülü", "Əzizə Cəfərzadə Ödülü" və s. bu kimi ödüllər təqdim edilir.
Turan Yazarlar Birliyinin ən ali ödülü isə "Turan Xalq şairi" və "Turan Xalq yazarı" fəxri adlarından iabrətdir. Bu fəxri adlar türkçülük, Turan və turançılıq məfkurəsi sahəsində əsaslı xidmətləri və uğurları olan şair və yazarlara TYB-nin İdarə Heyətinin qərarı əsasında verilir...

İlqar İsmayılzadə
(fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, TYB-nin İdarə Heyətinin üzvü, Turan Xalq yazarı, "Ziyadar" Mükafatı, "Qızıl Qələm" və "Zəfər" Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)
07.07.2026

Son xəbərlər

Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var

Husilər 50-yə yaxın gəminin Səudiyyə Ərəbistanına giriş-çıxışının qarşısını alıb

Bakıda və rayonlarda külək güclənəcək

Kiperpolis onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olunub

Sabah bəzi rayonlarda leysan olacaq

Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycan səfiri etimadnaməsini Tokayevə təqdim etdi

Masazırda kişi qətlə yetirildi - 43 yaşlı arvadı saxlanıldı

Rusiyada yüzlərlə ticarət mərkəzi bağlanacaq: Azərbaycanlıları nə gözləyir?

Rusiya və Ukrayna "103-ün 103-ə" formulu ilə hərbi əsirlərin mübadiləsini həyata keçirib

Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama

NİFTALI RZAYEV – ÖMRÜN YETMİŞİNDƏN BOYLANAN İNSANLIQ

Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Məşhur müğənnilərin yeni albomları yolda qəzaların sayını artırırmış - Alimlər maraqlı əlaqə aşkarladılar

Daha 5 itkin-şəhid dəfn olunacaq - Siyahı

“Hörümçək Adam” daha bir rekorda imza atdı

17 il sonra ekranlara qayıdır - Rekord qonorar alacaq

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşır

UEFA Çempionlar Liqası: "Sabah" Buxarestdə "Hapoel"lə qarşılaşacaq

O, NECƏ XATIRLANIR? (Səmimi sətirlər çələngi)

"Rufo Gəncinski"yə qarşı sui-qəsd cəhdi oldu - Killerin silahı...

19 yaşlı Zeynəbin qətlinin təfərrüatı

Motsartı kim öldürdü? - 35 yaşlı dahinin müəmmalı ölümü və şübhəli dost

Afiq Göyçəli : „Cavan nəsilə yer verməyənlərə“

Zaxarova Bakının axtarışa verdiyi rusiyalı jurnalistlərdən danışdı

ÇL: “Fənərbaxça” İstanbulda “Lion”a məğlub olub

Ən zərərli meyvə və giləmeyvələrin adları - Açıqlandı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31