
Xəbərlər
10.06.2026, 01:35
Barı gəlirəmmi yuxularına? - FOTO
İldırım Əlişoğlu.
Yenə Sənmi hopdun duyğularıma,
Əlim bu qələmi qırmaq istədi?!
Yoxluğun sahilsiz bir dərya imiş,
Bəs niyə ürəyim qarmaq istədi?..
Sənə doğru addım ata bilmirəm,
Bu yolu qarğışla bağlayanmı var?
Deyəsən, ölüm də, sevmir boyumu,
Nə etsın, arxamca ağlayanmı var?
Bir-iki arzuma ümidim yüklü,
İlhamım əl şəkmir, durma,yaz deyir.
Yaxına buraxma duyğuzuzluğu,
Vur ölsün, onun da qəbrin qaz deyir.
Belə basqılara dözə bilmirəm,
Görürəm əllərim qalxıb yuxarı.
Buludlar üstümə sevgi ələsə,
Unutma, sənədi hər vaxt axarı!..
Sormadım niyəsin, sən gəlməyəndə,
O qədər dözmüşəm "Axı"larına.
İndi də içimi bu sorğu yeyir:
Barı gəlirəmmi yuxularına?
Əlim bu qələmi qırmaq istədi?!
Yoxluğun sahilsiz bir dərya imiş,
Bəs niyə ürəyim qarmaq istədi?..
Sənə doğru addım ata bilmirəm,
Bu yolu qarğışla bağlayanmı var?
Deyəsən, ölüm də, sevmir boyumu,
Nə etsın, arxamca ağlayanmı var?
Bir-iki arzuma ümidim yüklü,
İlhamım əl şəkmir, durma,yaz deyir.
Yaxına buraxma duyğuzuzluğu,
Vur ölsün, onun da qəbrin qaz deyir.
Belə basqılara dözə bilmirəm,
Görürəm əllərim qalxıb yuxarı.
Buludlar üstümə sevgi ələsə,
Unutma, sənədi hər vaxt axarı!..
Sormadım niyəsin, sən gəlməyəndə,
O qədər dözmüşəm "Axı"larına.
İndi də içimi bu sorğu yeyir:
Barı gəlirəmmi yuxularına?
09.06.2026
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














