
Xəbərlər
10.06.2026, 00:16
ZÜLFİYYƏ İSMAYILOVA : Dünya sevgi dünyasıdır - FOTO
Gəl sevişək canım-gözüm,
Dünya sevgi dünyasıdır.
Ol sevincim, gülər üzüm,
Dünya sevgi dünyasıdır.
Sevgi sözü gəlib haqdan,
Yorulmayaq daşımaqdan.
Gəl zövq alaq yaşamaqdan,
Dünya sevgi dünyasıdır.
Məhəbbətin qədrin bilək,
Sən igid ol, mən bir mələk.
Söhbət edək, deyək, gülək,
Dünya sevgi dünyasıdır.
İndiləşir, əzəlləşir
Qoşmalaşır, qəzəlləşir.
Sevgi ilə gözəlləşir
Dünya sevgi dünyasıdır.
Öz yanına götür məni,
Gəzək düzü, göy çəməni.
Ürəkdən sev Züfiyyəni,
Dünya sevgi dünyasıdır.
Dünya sevgi dünyasıdır.
Ol sevincim, gülər üzüm,
Dünya sevgi dünyasıdır.
Sevgi sözü gəlib haqdan,
Yorulmayaq daşımaqdan.
Gəl zövq alaq yaşamaqdan,
Dünya sevgi dünyasıdır.
Məhəbbətin qədrin bilək,
Sən igid ol, mən bir mələk.
Söhbət edək, deyək, gülək,
Dünya sevgi dünyasıdır.
İndiləşir, əzəlləşir
Qoşmalaşır, qəzəlləşir.
Sevgi ilə gözəlləşir
Dünya sevgi dünyasıdır.
Öz yanına götür məni,
Gəzək düzü, göy çəməni.
Ürəkdən sev Züfiyyəni,
Dünya sevgi dünyasıdır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












