Cəmiyyətdə hər zaman mənfi hallar, hadisələr baş verib. Çünki cəmiyyət fərdlərin toplusudurvə burada nəzərə çarpan əxlaqa , tərbiyəyə zidd mənfi hallar isə hər zaman el qınağına tuş gəlib.

El qınağı- cəmiyyətin , insanların ümumi fikri , rəyi nəticəsində yaranır .Bu qınaqla qarşılaşan insan düşünür , hərəkətlərini analiz edir,davranışlarını yenidən gözdən keçirməyə vadar olur. Ancaq bu qınaq heç zaman açıq - saçıq , pafoslu, “asıb- kəsən “, “qanun çıxaran “olmayıb.
Bu gün isə el qınağını “tiktoker tənqidi” əvəz edir. Nədir bu “tiktoker tənqidi”, “tiktok jurnalisti”,belələrinin təhdidi , barmaq silkələməsi … nədir axı bunlar. Bu gün cəmiyyətdə baş verən hadisələri hay- küylə , pafosla şərh edən ,özlərini xalqın hakimi və vicdanı kimi təqdim edən çox insanlar meydana çıxıb.Nə peşəkar jurnalistika ənənəsinə bağlılıqları bəllidir, nə də məsuliyyət hissləri..Lakin bir telefon və bir sosial şəbəkə hesabı ilə özlərini jurnalist elan edir, hökm verir,ittiham edir,cəmiyyətə istiqamət verməyə çalışırlar.


Bu gün dəyərlərin aşındığı, mənəvi meyarların zəiflədiyi bir cəmiyyətdə mənfi hal və hadisələrin çoxalması təəccüblü deyil .Hər dövrün öz çətinlikləri , problemləri olub və olacaq da .Amma bəzən insanı hadisələrin özündən çox , həmin hadisələrə göstərilən münasibət daha çox düşündürür və çaşdırır.
Hadisələr bir tərəfdə qalır insanların vicdanı , ədalət hissi , insafı isə başqa bir tərəfdə sınağa çəkilir.
Belə ki , hadisə baş verən andanca kimsə diqqət çəkmək , kimsə reytinq qazanmaq ,kimsə məşhurlaşmaq xatirinə, kimsə də müəyyən maraqlara xidmət etmək naminə hadisələri öz istədiyi formada və şəkildə yaymağa başlayırlar. Nəticədə isə insanlar düzgün məlumatlanmaq əvəzinə çaşdırılır.Xəbəri ilk yaymaq həqiqəti söyləməkdən daha vacib sayılır.Faktlar yoxlanılmadan hökm verilir,fərziyyələr həqiqət kimi təqdim edilir, insanların taleyi isə sosial şəbəkələrin amansız mühakiməsinə verilir.Belə olduqda isə hadisənin özü qalır bir tərəfdə ,hay - küy və əsassız fikirlər isə gündəmi zəbt edir.

Unudulur ki, bir xəbərin arxasında bir insan , bir ailə, bir nəsil- kök, neçə - neçə talelər dayanır . Ağılsızlıqla deyilən bir söz, məsuliyyətsiz şəkildə yayılan bir fikir bəzən hadisənin özündən daha ağır nəticələr doğura bilər.
Unutmamalıyıq ki, kimin haqlı kimin haqsız olduğunu ilk növbədə Allah , sonra isə qanun və ədalətli araşdırmalar qərar verir. Cəmiyyət isə heç kimə onun əvəzindən çıxıb rəy söyləmək , həm müstəntiq , həm prokuror , həm də hakim olmaq səlahiyyətini verməməlidir.
Onu da unutmayaq ki , insanın dediyi hər kəlmənin onun boynunda bir yükü bir məsuliyyəti var .Ona görə də danışmaq asandır , danışdığın sözün məsuliyyətini daşımaq hər kəsin bacardığı iş deyil.
Səbrli , təmkinli , qərəzsiz və ağıllı fikirlər səsləndirməyə çağırıram hər kəsi!

Son xəbərlər

SEVİNC YUNUSLU : Bu dünyada nədir ki, bizi bizdə tutası.. - FOTO

Bakıda 31, rayonlarda 32 dərəcə isti olacaq

KİV: ABŞ-İran razılaşmasına baxmayaraq, İsrail Livanda hərbi əməliyyatları davam etdirəcək

Prezident: Azərbaycan regionda davamlı sülhün yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Azərbaycanda Milli Qurtuluş Günüdür

Naxçıvanda qəza oldu - Yaralılar var (FOTOLAR)

Rusiya İrana uçuşları dayandırdı

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

“Əminəm ki, Tramp verəcəyim hər qərarı dəstəkləyəcək”

Niderland - Yaponiya oyununda qolsuz bərabərlik - Yenilənir

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

Karateçimiz Mərakeşdə qızıl medal qazandı

"Halef"dən ayrılan kimi yeni işini seçdi

Helikopter qəzasında ölənlərdən biri məşhur müğənni imiş

Flora Kərimovanın son durumu açıqlandı

Prezidentdən Milli Qurtuluş Günü paylaşımı - FOTO

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım etdi - FOTO

Həyəcan təbili: Uşaqlar arasında energetik içki istifadəsi artır

Ermənistan müxalifəti mitinq keçirir

Məşhur futbolçu və müğənni evləndi - Foto

Konsertindəki çıxışı ilə pərəstişkarlarını təsirləndirdi

Bu gün Bakı şəhəridə Sazlı-Sözlü Borçalı ədəbi məclisinin tədbiri keçirildi - FOTO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub

Magistraturaya qəbul imtahanı keçirildi - YENİLƏNİB

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930