Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa 80 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezidentin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Məktubu təqdim edirik:


Amerika Birləşmiş Ştatlarının Prezidenti
Zati-aliləri
cənab Donald Trampa
Hörmətli cənab Prezident,


Əlamətdar yubileyiniz – anadan olmağınızın 80 illiyi münasibətilə Sizə ən səmimi təbriklərimi yetirməkdən, möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, güclü və qüdrətli dövlətin görkəmli Lideri kimi ali dövləti fəaliyyətinizdə daim uğurlar və yeni-yeni nailiyyətlər arzulamaqdan məmnunluq duyuram.

Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlığın təşəkkülündə və dərinləşməsində Sizin əvəzsiz xidmətləriniz vardır və biz bunu yüksək qiymətləndiririk. Keçən ilin avqustunda Ağ Evdə Sizinlə tarixi görüş zamanı əsası qoyulmuş Strateji Tərəfdaşlıq Xartiyasının altı ay sonra ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə səfəri çərçivəsində imzalanması Azərbaycan-ABŞ əlaqələrini keyfiyyətcə yeni pilləyə qaldırdı. Əldə etdiyimiz bu möhtəşəm nailiyyət Sizin sarsılmaz iradənizin və əzminizin bariz göstəricisidir. Dövlətlərarası münasibətlərimizin inkişafına daim verdiyiniz böyük önəmə və dəstəyə görə Sizə təşəkkür edirik.

Biz Sizə Cənubi Qafqazda sülh gündəliyinin təşviqi naminə göstərdiyiniz qətiyyətə görə də minnətdarıq. Vaşinqtonda şahidliyiniz ilə imzaladığımız üçtərəfli birgə bəyannamə, habelə Ermənistanla paraflanan Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş sülhquruculuğu yolunda Sizin ardıcıl səylərinizin nəticəsidir. Eyni zamanda biz Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantını təmin edəcək və Orta Dəhlizin bir hissəsinə çevriləcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nu (TRIPP) regionda dayanıqlı sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olaraq görürük.

Hörmətli cənab Prezident,

Sizinlə aramızdakı şəxsi münasibətləri, dostluğu, dərin hörmət və etimadı daim uca tutur, son bir il ərzində mehribanlıq və səmimiyyət şəraitində keçən məhsuldar görüşlərimizdən və təmaslarımızdan məmnunluq duyduğumu bildirirəm.

Yüksək səviyyədə qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlif sahələrdə münasibətlərimizin daha da dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır.

Azərbaycan-ABŞ əlaqələrini bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, sərmayə, enerji, təhlükəsizlik, bağlantılar, texnoloji və digər sahələrdə daha da inkişaf etdirmək və möhkəmləndirmək qarşılıqlı əzmimiz təqdirəlayiqdir.

Əminəm ki, Azərbaycan ilə ABŞ arasında dostluğun və etibarlı tərəfdaşlığın dərinləşdirilməsi, səmərəli əməkdaşlığımızın hərtərəfli genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Dərin hörmət və ehtiramlarımı izhar edərək bir daha Sizə və ailənizə ən xoş arzularımı çatdırır, dost Amerika xalqının rifahı naminə məsul fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm.

Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Son xəbərlər

Estoniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı aidiyyəti tədbirlərin icrasına başlanılıb

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub

Türkiyəli nümayəndə heyəti sabah Qarabağa səfər edəcəklər

Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi

Bakıda bir ailənin faciəsi... - 2 qardaş öldü - Yenilənib

Tələbə qızı dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü

Paşinyanın yeni hökumətinin prioritetləri – müxalifət, kilsə və sülh prosesi - ŞƏRH

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

YÜKSƏK BAL TOPLAYAN MÜƏLLİM

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Qaralma dəbinin yaratdığı böyük təhlükə: Xəbərdarlıq edildi

İndi də toylarının bu həftəsonu olacağı deyilir

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Kolleclərə ixtisas seçimi başlayıb

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

QƏLBLƏRDƏ QALACAQ XATİRƏN, İZİN

"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi

Pezeşkian: Milli Təhlükəsizlik Şurasının bütün üzvləri İslamabad memorandumunu dəstəkləyir

Fransa xüsusi xidmət orqanları xəbərdarlıq edir: Hibrid müharibənin məqsədi döyüşmədən ölkələri təslim etdirməkdir

İstanbul hava limanı sərnişin sayına görə Avropa rekordunu qırıb

Bu ölkələr İrana qarşı müharibəyə qoşulmayacaq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31