Xəbərlər
9.06.2026, 22:17
LİLPAR CƏMŞİDQIZI : Çırpınan qəlb özü ömrümdə olan nemətdir - FOTO
QƏZƏL
Sən gedəndən günəşim batdı, göyüm zülmətdir,
Gözlərim gör neçə ildir, sənə, Yar, həsrətdir.
Qəlbimin ağrısı köksümdədi, heç tərpənmir,
İncidən canımı ruhumda qalan möhnətdir.
Ömrümün qüssəsi doymur tökülən leysandan,
Yol çəkən gözlərimin şəbnəmi var, sərvətdir.
Zatən aləmdə olan arzularım bitmir heç,
Son məkanım, bilirəm, gözlədiyim cənnətdir.
Ruhumun küncü bucağında qalıbdır qibləm,
Etdiyim eşqi- rükət Tanrıya bir taətdir.
Eşqi zəncir kimi boynumda, Xuda, gəzdirdim,
Çünki batində qalan duyğularım hikmətdir.
İsminin ayəsinə hər vədə canım qurban,
Çırpınan qəlb özü ömrümdə olan nemətdir.
Hər səhər duyğularım mavi səmadən keçsin,
Görsün, ol Şahə mənim bəslədiyim hörmətdir.
Aləmin sirri- müəmması çözülməz, Lilpar,
Həşrdə gözlədiyin, Yar verən rəhmətdir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay