Xəbərlər
10.06.2026, 11:44
MƏMMƏD QƏDİR : Qəbir də yerində, daş da yerində... - FOTO
Yerində
Allahın lütfüdür belə qocalmaq,
Göz də yerindədir, qaş da yerində.
Elə bu deyilmi bəxtdən öc almaq,
Ürək də yerində, baş da yerində.
Tanrı hər günahda verir cəzamı,
Duyur savabımı, görür qəzamı,
Şükür pozulmayıb Allah nizamı,
Dolu da yerində, boş da yerində.
Boşdan qaval düzəlt, səsi gur çıxar,
Ən qara zülmətdən parlaq nur çıxar,
Həzin şəlalədən çaylar gur çıxar,
Zor zordan xoşlanar, xoş da yerində.
Robinzon xoş dua etməz adama,
Adıyla tanınar, adası amma,
Ağıl gec olanda gəlir adama,
Hayıf da yerində, kaş da yerində.
Hər hayıf düz canda bir şah dağıdır,
Min illər çən olub sökür, dağıdır,
Nə olsun gözümün xəzan çağıdır,
Quru da yerində, yaş da yerində.
Gənclik qocalığın qoyur təməlin,
Həyat yaşıl sevir, ay sarı gəlin,
Tələsmə bar vermir xeyir əməlin,
Torpaq da yerində, xış da yerində.
Neyləsən həyatı əlindən salma,
Şəri çək xeyir ək, işindən qalma,
Məmməd, axirətdən nigaran olma,
Qəbir də yerində, daş da yerində...
Göz də yerindədir, qaş da yerində.
Elə bu deyilmi bəxtdən öc almaq,
Ürək də yerində, baş da yerində.
Tanrı hər günahda verir cəzamı,
Duyur savabımı, görür qəzamı,
Şükür pozulmayıb Allah nizamı,
Dolu da yerində, boş da yerində.
Boşdan qaval düzəlt, səsi gur çıxar,
Ən qara zülmətdən parlaq nur çıxar,
Həzin şəlalədən çaylar gur çıxar,
Zor zordan xoşlanar, xoş da yerində.
Robinzon xoş dua etməz adama,
Adıyla tanınar, adası amma,
Ağıl gec olanda gəlir adama,
Hayıf da yerində, kaş da yerində.
Hər hayıf düz canda bir şah dağıdır,
Min illər çən olub sökür, dağıdır,
Nə olsun gözümün xəzan çağıdır,
Quru da yerində, yaş da yerində.
Gənclik qocalığın qoyur təməlin,
Həyat yaşıl sevir, ay sarı gəlin,
Tələsmə bar vermir xeyir əməlin,
Torpaq da yerində, xış da yerində.
Neyləsən həyatı əlindən salma,
Şəri çək xeyir ək, işindən qalma,
Məmməd, axirətdən nigaran olma,
Qəbir də yerində, daş da yerində...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












