Şair, demədimmi özünü gözlə,
Bir gün yandıracaq, oynama közlə
Sözün toz yolunda gedirsən yüzlə,
Düşünmə bağışlar qəza, a sərsəm,
Odee .. qulağının dalın görərsən.

Ha de ki, zənginəm, söz varımızdı,
Pətək bizlik deyil, öz aramızdı,
Sancacaq, demə ki, öz arımızdı,
Nə şanın, nə də ki balın görərsən,
Odee... Qulağının dalın görərsən.

Min fikirlə yatıb key duran adam,
Əzabın toyunda bəy duran adam,
Çılpaq könülləri geydirən adam,
Özünü həmişə yalın görərsən,
Odee... Qulağının dalın görərsən.

Fərari kef çəkir, az öl yerinə,
Dənini sayan yox sünbül yerinə,
Könül çəmənində bülbül yerinə,
Qədir Rüstəmovun valın görərsən,
Odee... Qulağının dalın görərsən.

Az gəz yerin altın, göyün dibini,
Dayılarda fər yox, çağır bibini,
Siçanlar oynayan nazik cibini,
Yatsan yuxularda qalın görərsən,
Odee... Qulağının dalın görərsən.

Pul ver kitab çıxar, üstündə qalsın,
Odun qaldımı ki, tüstün də qalsın,
Hələ düşünürsən büstün də qalsın?
Elin yaddaşına birdən girərsən...
Odee... Qulağının dalın görərsən.

Yaramırsan oğul, nə ər yerinə,
Şalvarında ipdi kəmər yerinə,
Çapıb söz kəhərin nəmər yerinə
Alnında eşşəyin nalın görərsən,
Odee... Qulağının dalın görərsən.

Gül kimi bir isim qoymuşdu atan,
Sözə xidmətçilik ən böyük xətan,
İndi "dəli" deyib çağırır çatan,
Sənə şair deyim? Ay sən öləsən,
Odee... Qulağının dalın görərsən.

Məmməd, sözə satdı bütün ömrünü,
Yandırdı boş yerə tütün ömrünü,
Adamkən yaşadı itin ömrünü,
Dəyər gözləyirdin, dəlisən nəsən?
Odee... Qulağının dalın görərsən...

Son xəbərlər

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Kimlər adını dəyişə bilməz? - Rəsmi

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA

Tramp: İran razılaşma əldə etmək istəyir

Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı - Mühüm qərar

Etibarın siması

Mütəxəssi: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

"Onsuz mən daha bədbəxt bir insana çevrilirəm" - Kerem Bürsin

Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı

BAĞIŞLA MƏNİ, ROMEO!

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Zeynal Nağdəliyevin oğlu səfir təyin olundu

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu - Fotolar

Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...

BƏDƏLANIN ŞÖHRƏTLİ OĞLU

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

Beyləqanda bir nəfər suda boğulub

Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq

Cəlilabadda maşın aşıb - Yaralılar var

Anomal istilər Avropada nə qədər insanın həyatına son qoyacaq?

Lilpar CƏMŞİDQIZI : QƏZƏL - FOTO

“Sadəcə bir səhv...” - Qurban Qurbanov

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31