
Xəbərlər
1.07.2026, 01:50
"Şamaxı Peşə Liseyi" PHŞ-də 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə "Məzun Günü" tədbiri keçirildi - FOTOLAR
Turaztv.az xəbər verir tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri açan liseyin direktoru İsmayıl Tarverdiyev məzunları səmimi-qəlbdən təbrik edərək onlara gələcək həyat və peşə fəaliyyətlərində uğurlar arzuladı, həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin və rayon rəhbərliyinin təbriklərini çatdırdı.Daha sonra liseyin tərbiyə işləri üzrə direktor müavini Caray Cəfərov çıxış edərək məzunları təbrik etdi, onların qazandıqları bilik və bacarıqların gələcək həyatlarında uğurlu peşəkar fəaliyyətlərinin əsasını təşkil edəcəyini vurğuladı.
Tədbirdə Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Şamaxı rayon şöbəsinin sədri Fuad Səmiyev, şəhid Orxan Salehovun anası Zəhra xanım, digər qonaqlar və liseyin müəllimləri iştirak etdilər. Çıxış edən qonaqlar məzunları səmimi-qəlbdən təbrik edərək onlara gələcək həyat yollarında uğurlar arzuladılar.
Daha sonra təhsildə, tədrisdə və ictimai fəaliyyətdə fərqlənən müəllim və tələbələr liseyin Fəxri fərmanları ilə təltif olundular. Tədbir kollektiv üzvlərinin və tələbələrin təqdim etdiyi milli və vətənpərvərlik ruhunda musiqi nömrələri və rəqs çıxışları ilə davam etdi.
Əziz məzunlar, hər birinizə gələcək həyatınızda möhkəm addımlar, peşəkar uğurlar və parlaq gələcək arzulayırıq!
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay























































