Dövlət Ehtiyatları Agentliyi bu il sentyabrın 1-nə qədər yerli buğda istehsalçılarından 2026-cı ildə istehsal olunmuş yüksək keyfiyyətli yerli ərzaqlıq buğdanın tədarükünü elan edib.

Tədarük ediləcək ərzaqlıq buğda AZS 888:2025 "Buğda. Texniki şərtlər" standartında qeyd edilən 1-ci, 2-ci və 3-cü sinif buğdaya aid bütün keyfiyyət göstəricilərinə, habelə "Qida təhlükəsizliyi haqqında" qanunla müəyyən edilmiş tələblərə cavab verməlidir.

Təklif olunan ərzaqlıq buğdanın keyfiyyət tələblərinə uyğunluğunu müvafiq sahədə akkreditasiya olunmuş laboratoriyalar təsdiq etməlidir. Təqdim olunan ərzaqlıq buğdanın keyfiyyət göstəriciləri tədarük zamanı əlavə olaraq yoxlanılacaq, keyfiyyət tələblərinə cavab verməyən məhsul qəbul edilməyəcək.

Ərzaqlıq buğdanın qəbul məntəqələrinə çatdırılması istehsalçının vəsaiti hesabına həyata keçirilir.

Prezident İlham Əliyevin "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" 19 iyul 2022-ci il tarixli fərmanına uyğun olaraq pilot layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqavilələrə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslərin təhvil verdiyi ərzaqlıq buğdaya məhsul subsidiyası tətbiq edilir. Belə ki, təhvilverilmə dövründə ərzaqlıq buğdanın orta idxal statistik göstəricisi Nazirlər Kabinetinin 25 iyun 2026-cı il tarixli sərəncamı ilə müəyyən edilmiş 400 manat dövlət tədarük qiymətindən az olduğu halda aradakı fərqin kompensasiya edilməsi məqsədilə sözügedən proqrama qoşulan istehsalçılara tətbiq edilən məhsul subsidiyası əmsalını Aqrar Subsidiya Şurasının yeniləməsi nəzərdə tutulub.

Qeyd olunan tələblərə cavab verən ərzaqlıq buğda üzrə satış təkliflərini akkreditasiya olunmuş laboratoriyanın təsdiq etdiyi keyfiyyət göstəriciləri də əlavə edilməklə istehsalçıların office@dea.gov.az elektron poçt ünvanına göndərməsi xahiş olunur.

Son xəbərlər

İran, ABŞ və Livan birgə komitə yaradacaqlar

"Şamaxı Peşə Liseyi" PHŞ-də 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə "Məzun Günü" tədbiri keçirildi - FOTOLAR

Sanksiyaların dayandırılmasından sonra İran nefti 20% bahalaşıb - Qalibaf

İLK İNSANDAN BU GÜNƏ QƏDƏR SEVGİNİN TƏKAMÜLÜ

Fransa İsveçə qarşı

SEVİNC YUNUSLU : SƏNİ SEVİRƏM - FOTO

ƏSL MÜƏLLM və yaxud QƏLBLƏRƏ İŞIQ PAYLAYAN INSAN - FOTO

YOLA ÇIXARKƏN DƏ DİQQƏT, UZAQDA OLARKƏN DƏ QAYĞI… - FOTO

MƏMMƏD QƏDİR : Söy mənim goruma, dincəl - FOTO

Qeyri-qida mallarını uyğunluq sənədi olmadan ölkəyə gətirmək mümkün olmayacaq

Dövlət Agentliyi yerli ərzaqlıq buğda ilə bağlı MƏLUMAT YAYDI

Azərbaycan ilk dəfə baytarlıq vaksini istehsal edəcək

Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü

Rusiya “TikTok”u cərimələdi

Türk dünyasının musiqi və rəqs ənənələri bir səhnədə - Fotolar

"Dünyanın ən gözəl qızı" onunla evləndi - FOTOLAR

Haluk Leventin qardaşı həbs edildi

“10 ildir heç kimlə görüşmürəm”

İlham Əliyev Venesuelada zəlzələdə insan tələfatına görə başsağlığı verib

Strateji obyektlərin təhlükəsizliyinin təmini sahəsində əməliyyat-axtarış fəaliyyətini DTX həyata keçirəcək

Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

Məcnun Məmmədov Lerikdə vətəndaşları qəbul edəcək

DSMF bu təcrübələrinə görə mükafatlandırıldı

Daha 6 itkin-şəhid dəfn olunacaq

“Netflix”i aldatmışdı - Həbs edildi

Kirkorovun malikanəsində yoxlama aparıldı

Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə strateji tərəfdaşlığı müzakirə edib

İbrahim Nəbioğlunun yeni çıxmış “Oxumaq və unutmaq paradoksu” kitabı haqqında - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031