Hər bir minnətdar sözümüz cəmiyyətimiz üçün həm qürur mənbəyidir, həm də şəhidlərimizin ruhunu şad edən ən böyük məlhəmdir

Hörmətli Abdin müəllim!
Sizə bu məktubu, sadəcə, bir vətəndaş kimi deyil, qəlbi övlad dağı ilə yanan, amma həm də başı dik olan bir şəhid valideyni kimi ünvanlayıram. Bizim üçün bu dünyada ən böyük təsəlli, canımızdan bir parça olan şəhidimizin unudulmaması və onun bizə qoyub getdiyi əmanətlərinə sahib çıxılmasıdır. Rayonumuza rəhbərlik etdiyiniz ilk gündən bəri bizə bir məmur kimi deyil, bir oğul, bir qardaş kimi yanaşdınız. Qapınızı hər zaman üzümüzə rəsmisiz açdınız, dərdimizi dinlədiniz, göz yaşımızı bölüşdünüz. Bizim hər bir müraciətimizə, hər bir ehtiyacımıza göstərdiyiniz o böyük həssaslıq və səmimi qayğı, bizə tək olmadığımızı, arxamızda dağ kimi duran bir rəhbərin olduğunu hiss etdirdi. Övladımın adının uca tutulması, xatirəsinin əbədiləşdirilməsi üçün göstərdiyiniz fədakarlıqlar və ailəmizə bəxş etdiyiniz bu mənəvi rahatlıq hər cür tərifdən ucadır. Sizin bu qayğıkeşliyiniz şəhidlərimizin ruhuna olan ən böyük ehtiramdır. Bizə təmənnasız sevgi, hörmət və diqqət göstərən o gözəl qəlbinizə görə Sizə ailəmiz adından sonsuz minnətdarlığımı bildirirəm. Yazımın əvvəlində qeyd etdiyim bu minnətdarlığımın səbəbi var.
Zəfər QHT-nin təşkilatçılığı ilə Azərbaycanın müxtəlif rayonlarından dəvət olunmuş 25 nəfərlik şəhid anası ilə birlikdə Türkiyəyə səfərə hazırlaşırdıq.
Səfər barədə Abdin müəllim əvvəlcədən məlumatlı idi. Ancaq yola düşəcəyimiz dəqiq günü ona deməmişdim. Düşünürdüm ki, narahat olar. Təyyarəyə minik başlayanda yazıb bildirdim ki, artıq uçuruq.
Həmişəki səmimiyyəti ilə bizə uğurlu yol arzuladı, neçə nəfər olduğumuzu soruşdu və xoş arzularını çatdırdı.
Axşam otelə çatanda isə bizi çox kövrək və unudulmaz bir sürpriz gözləyirdi. Otelin foyesində hər bir şəhid anası üçün xüsusi hazırlanmış hədiyyələr düzülmüşdü. Hədiyyələri mənə təqdim edib analara öz əllərimlə verməyimi xahiş etdilər.
Hər bir ana həmin an kövrəldi. O hədiyyələr, sadəcə, bir bağlama deyil, Vətənin öz övladını itirmiş analarına , - “siz unudulmamısınız, siz bizim ən əziz əmanətimizsiniz”, - mesajı idi.
Bu incə düşüncənin arxasında isə sizin şəhid ailələrinə göstərdiyiniz xüsusi diqqəti və qayğı dayanırdı. O, məsafələrin heç vaxt diqqəti azaltmadığını bir daha göstərdi. Biz ölkədən kənarda olsaq da, sizing qayğıkeş münasibətiniz bizimlə idi.
Bu həssas münasibətə, göstərilən ehtirama və şəhid analarının üzündə təbəssüm yaradan bu gözəl təşəbbüsə görə Abdin müəllimə dərin minnətdarlığımı bildirirəm. Allah bu diqqət və qayğını əskik etməsin. Çünki şəhidlərə ehtiram təkcə onların xatirəsini yad etmək deyil, həm də bizə əmanət qalan ailələrinin qəlbinə toxunmağı bacarmaqdır. Məhz bu dəyər insanı və rəhbəri ucaldan ən ali keyfiyyətlərdəndir.
Şəhid anası olaraq mən çox yaxşı bilirəm ki, bəzən bir zəng, bir xoş söz, bir diqqət insanın qəlbində illərlə yaşayır. Çünki şəhid ailələri üçün ən böyük təsəlli unudulmamaqdı. Abdin müəllim də məhz bunu bacarır – o, şəhid ailələrini yalnız xüsusi günlərdə deyil, həyatın hər anında xatırlayır, onların sevincini də, kədərini də bölüşür.
Hörmətli Abdin müəllim! Biz bir şəhid valideyni kimi, övladımızı itirdiyimiz ilk gündən bu yana sizin tərəfinizdən göstərilən yüksək diqqəti, səmimi qayğını və hər zaman yanımızda olduğunuzu ürəkdən hiss etdik. Bizim üçün ən böyük təsəlli övladımızın canından əziz bildiyi Vətən torpağında onun adının, xatirəsinin uca tutulmasıdır. Sizin rəhbərliyiniz altında şəhid ailələrinin problemlərinə göstərilən həssaslıq, bizə hər zaman bir doğma kimi qucaq açmağınız və mənəvi dəstəyiniz bizə tək olmadığımızı növbəti dəfə sübut etdi. Siz təkcə rəsmi vəzifənizi yerinə yetirmədiniz, həm də bir vətəndaş, bir insan olaraq qəlbimizin ağrısını bizimlə bölüşdünüz. Övladımızın adının əbədiləşdirilməsi, xatirəsinin yaşadılması üçün atdığınız hər bir addıma, bizə göstərdiyiniz bu sonsuz hörmət və ehtirama görə Sizə ailəmiz adından dərin minnətdarlığımızı bildiririk. Nə qədər ki, Sizin kimi şəhid irsinə sahib çıxan, onun valideynini baş tacı edən rəhbərlərimiz var, şəhidlərimizin ruhu şaddır, bizim də başımız hər zaman dikdir.Sizə çətin və məsuliyyətli işinizdə uğurlar arzulayır, göstərdiyiniz yüksək humanistliyə görə dərin təşəkkürümüzü çatdırırıq.
Bir şəhid ailəsi kimi deyə bilərəm ki, ölkəmizdə dövlət-xalq birliyi sarsılmazdır. Hər bir minnətdar sözümüz cəmiyyətimiz üçün həm qürur mənbəyidir, həm də şəhidlərimizin ruhunu şad edən ən böyük məlhəmdir.

Xatirə İSMAYILOVA,
şəhid anası






Son xəbərlər

“Netflix”i aldatmışdı - Həbs edildi

Kirkorovun malikanəsində yoxlama aparıldı

Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə strateji tərəfdaşlığı müzakirə edib

YOLA ÇIXARKƏN DƏ DİQQƏT, UZAQDA OLARKƏN DƏ QAYĞI… - FOTO

İbrahim Nəbioğlunun yeni çıxmış “Oxumaq və unutmaq paradoksu” kitabı haqqında - FOTO

İyulun ilk gününə olan hava proqnozu açıqlanıb

Ali Məhkəmə: Mülkiyyət hüququnun bərpası formal xarakter daşımamalıdır

Milli Məclis Azərbaycanın "Metrik Konvensiya"ya qoşulmasını ratifikasiya edib

Tamştatlı müəllimlər sertifikasiyaya cəlb edilməyəcək

Bakıda itkin düşmüş şəxslər mövzusunda beynəlxalq konfrans keçirilir

Niderlandın penalti kabusu davam etdi - 3 mundialdır eyni aqibət

Yasamal və Nizami rayonlarının bəzi ərazilərində üç saat işıq olmayacaq

QİSMƏTİMƏ QOŞALAYIB ZƏR ATDILAR,TƏKƏ DÜŞDÜ, HA ÇALIŞDIM TABAĞIMA ƏN BALACA TİKƏ DÜŞDÜ - FOTO

Bakıda çimərlikdə gənc idmançının meyiti tapıldı - Foto

Şahbaz Şərif və İran Türkiyəyə səfər edəcək

Sumqayıtda çörək almaq üçün evdən çıxan qız itkin düşdü

Venesuelada zəlzələ qurbanlarının sayı 1700-ü ötüb

Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi - FOTOLAR

Nilsudan 2 milyonluq yatırım

Pirşağıda dənizdə batan qadın müəllim imiş

7-ci dəfə evləndi - Fotolar

MİNNƏTDARLIQ BORCU...

HAMININ SƏMİMİ DOSTU. HƏMKARIMIZ FAİQ QİSMƏTOĞLUNUN 70 İLLİK YUBİLEYİNƏ - FOTO

Xoş günümün memarları - FOTO

Rəqsanənin qızı adını dəyişdi - FOTO

“Qurani-Kərim”lə bağlı dediyi sözlərə görə haqqında araşdırma başlandı

Puqaçova son altı ayda 2 dəfə ürək əməliyyatı olub

İyun ayının 27-də "Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı keçirildi - FOTO

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930