Zəfər Günü Tərtərdə belə keçirildi - Fotolar
Tərtər rayonunda 8 noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, şəhid ailələri, qazilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Öncə Dövlət Himni səsləndirilib və Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq onların xatirələni bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra icra başçısı Müstəqim Məmmədov və millət vəkili Anar Məmmədov çıxış edərək Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıblar.

Bildiriblər ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş hərbçilərimizin xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal edilən torpaqlarımız azad olunub.

8 Noyabr Zəfər Günü münasibəti ilə rayon icra hakimiyyəti və Milli Məclisin deputatı Anar Məmmədovun şəhid ailələri, qazi və müharibə veteranlarının şərəfinə təşkil etdikləri bayram süfrəsi arxasında tədbir iştirakçıları rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramına baxıblar.
Zəfər Günü Tərtərdə belə keçirildi - Fotolar
Zəfər Günü Tərtərdə belə keçirildi - Fotolar
Zəfər Günü Tərtərdə belə keçirildi - Fotolar
Zəfər Günü Tərtərdə belə keçirildi - Fotolar
Zəfər Günü Tərtərdə belə keçirildi - Fotolar
Zəfər Günü Tərtərdə belə keçirildi - Fotolar
Zəfər Günü Tərtərdə belə keçirildi - Fotolar
Zəfər Günü Tərtərdə belə keçirildi - Fotolar

Son xəbərlər

Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Ayətxan Ziyad – 75

Moskva səfərini təxirə saldılar

HƏMİŞƏ ÖZ İTİM QAPIR QIÇIMI

Təyyarələr Moskvaya enə bilmədi

Şəhidimizin qardaşı dəm qazından dünyasını dəyişdi - FOTO

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

Kredit faizləri ilə bağlı meyar dəyişdi

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Canına qəsd edən musiqiçi öldü

Qəşəm Nəcəfzadə : Bir də görürsən...

Xameneinin müşavirindən xəbərdarlıq - "ABŞ-nin obyektləri hədəf alına bilər"

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi – TƏHLİL

"Xanımıma da, övladlarıma da qadağa qoymamışam" - Araz Ağalarov

QIZBƏS QƏBƏLƏ : DAHA ÇƏKMƏRƏM MƏN TƏBRİZ HƏSRƏTİN - FOTO

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Azərbaycanlı reper ilə oxuduğu mahnıya görə qeyri-adi cəza aldı

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Fotolar

GƏL-GƏL DEYİR DAĞLAR MƏNƏ - FOTGO

Payızda yarpaqların rəngi niyə dəyişir: Əsl səbəb sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

QIZLARIN QƏLBİNƏ DƏYMƏYİN HEÇ VAXT - FOTO

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr ərazi partiya təşkilatlarında müzakirə olunub.

İncə fikirlər layihəsinin növbəti qonağı uşaq şeirləri və təmsilləri müəllifi, Turan Yazarlar Birliyinin üzvü, şair Seylan Abbas xanımdır.

Şirvan sazının ustad nəfəsi Aşıq Şakir Hacıyev

BİR GÜLMİRƏM, BİR GÜLNARƏM, BİR TURQUT... - FOTO

Süni intellektin maliyyə məsləhətlərinə inanmaq olarmı - nə qədər tez-tez səhv edir?

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031