Xəbərlər
11.10.2026, 19:23
İncə fikirlər layihəsinin növbəti qonağı uşaq şeirləri və təmsilləri müəllifi, Turan Yazarlar Birliyinin üzvü, şair Seylan Abbas xanımdır.
İncə fikirlər layihəsinin növbəti qonağı uşaq şeirləri və təmsilləri müəllifi,
Turan Yazarlar Birliyinin üzvü, şair Seylan Abbas xanımdır.
Turan Yazarlar Birliyinin üzvü, şair Seylan Abbas xanımdır.
Seylan Abbas imzası sizi tanıtdı yoxsa siz bu imzanı təqdim etdiniz?
Mən bu imzanı təqdim etdim və tanıtdım !
Uşaq ədəbiyyatının şairi kimi sizi kiçiklər yoxsa böyüklər daha çox sevir?
Həm böyüklərdən, həm də kiçiklərdən müsbət fikirlər alıram hər zaman. Məncə, yazılarımı həm böyüklər sevir, həm də kiçiklər.
Sizcə, böyüklər üçün şeir yazmaq çətindir yoxsa uşaqlar üçün?
Mənim üçün uşaq şerləri və təmsillər yazmaq daha asan və daha maraqlıdır .
Uşaq ədəbiyyatı nümunələrini yaratmaq üçün daxilinizdəki uşağa müraciət edirsinizmi?
Əlbəttə, insanın qəlbində uşaqlıq saflığı, onlara məhəbbət olmasa, uşaq şeri yaza bilməz.
Cəlilabad ədəbi mühitinin uşaq ədəbiyyatının nümayəndəsi olaraq Cəlilabadda sizdən başqa uşaq şeiri yazan varmı?
Cəlilabad rayonunun Üçtəpə kəndindən olan, uşaqlar üçün şeir və nağıllar yazan hörmətli Cəbrayil müəllimi tanıyıram.
Uşaqların dilindən öz şeirlərinizi tez-tez eşidirsiniz?
Bəli, uşaqların -xüsusən də məktəbli uşaqlar bayramlarda, şəhidlərə aid mərasimlərdə mənim şeirlərimdən istifadə edirlər.
Niyə məhz uşaq ədəbiyyatını seçdiniz?
Bu sahədə yazdığım şeirlər və təmsillər daha uğurlu sayıldığı üçün.
Hansı şeiriniz sizi daha çox kövrəldib?
Xocalı soyqırımına aid çoxlu şeirlərim var, məhz o şerləri yazanda ağlamışam.
Ədəbiyyatdan, şeir yazmaqdan yorulub geri çəkilmək istədiyiniz anlar olubmu?
Əksinə, mən yorulanda ədəbiyyata müraciət edirəm, şeir yazmaq mənim ruhumu sakitləşdirir.
Seylan xanım, sizcə hər kəs uşaq şeiri yaza bilər?
Məncə, hər kəs yaza bilər amma, ördəyin qaz yerişi yeriməsinə bənzəyər. Hər kəs öz bacardığı sahəyə üz tutmalıdır.Belə daha yaxşı olar .

(Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı,
TYB-nin xüsusi Ödülü, “Tomris” ödülü, "Əzizə Cəfərzadə" ödülü və “Turan Ödülü” laureatı, bədii qiraətçi, yazıçı-şair)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


