
Xəbərlər
11.10.2026, 18:27
BİR GÜLMİRƏM, BİR GÜLNARƏM, BİR TURQUT... - FOTO
Bu dünyanın baldan şirin balıdı,
Çiçəklərin ətirlisi, alıdı,
Min çeşnəli, əlvan güllü xalıdı,
Bir Gülmirəm, bir Gülnarəm, bir Turqut.
Biri pərdə, biri mizrab, biri tel,
Biri dərya, biri ümman, biri sel,
Biri obam, biri yurdum, biri el,
Bir Gülmirəm, bir Gülnarəm, bir Turqut.
Tale payım, qazandığım xeyirim,
Duyğularım, baxışlarım, seyirim,
Mənim ömür nəğmələrim, şeirim,
Bir Gülmirəm, bir Gülnarəm, bir Turqut.
Mən neynirəm bu cahanda yüz payı?
Özü seçdi, özü verdi düz payı,
Tanrım verdi oğul payı, qız payı,
Bir Gülmirəm, bir Gülnarəm, bir Turqut.
Biri könül sarayımın dirəyi,
Biri duzu, biri halal çörəyi,
Hər birisi anasının ürəyi,
Bir Gülmirəm, bir Gülnarəm, bir Turqut.
Ruhumdadı səda kimi, ün kimi,
Varlığımdan doğulublar gün kimi,
Hana bilib toxuyurlar qəlbimi,
Bir Gülmirəm, bir Gülnarəm, bir Turqut.
Əzizə Ağahüseynqızı
Bu gün qızlar günüdür, qız balalarım olmaq şərtilə, bacılarımı, dostluğumda olan xanimları, qız övladlarımızı, gelinlerimizi, ana və nənələrimizin təbrik edirəm..Sağlam və bərəkətli ömür arzulayıram..
Çiçəklərin ətirlisi, alıdı,
Min çeşnəli, əlvan güllü xalıdı,
Bir Gülmirəm, bir Gülnarəm, bir Turqut.
Biri pərdə, biri mizrab, biri tel,
Biri dərya, biri ümman, biri sel,
Biri obam, biri yurdum, biri el,
Bir Gülmirəm, bir Gülnarəm, bir Turqut.
Tale payım, qazandığım xeyirim,
Duyğularım, baxışlarım, seyirim,
Mənim ömür nəğmələrim, şeirim,
Bir Gülmirəm, bir Gülnarəm, bir Turqut.
Mən neynirəm bu cahanda yüz payı?
Özü seçdi, özü verdi düz payı,
Tanrım verdi oğul payı, qız payı,
Bir Gülmirəm, bir Gülnarəm, bir Turqut.
Biri könül sarayımın dirəyi,
Biri duzu, biri halal çörəyi,
Hər birisi anasının ürəyi,
Bir Gülmirəm, bir Gülnarəm, bir Turqut.
Ruhumdadı səda kimi, ün kimi,
Varlığımdan doğulublar gün kimi,
Hana bilib toxuyurlar qəlbimi,
Bir Gülmirəm, bir Gülnarəm, bir Turqut.
Əzizə Ağahüseynqızı
Bu gün qızlar günüdür, qız balalarım olmaq şərtilə, bacılarımı, dostluğumda olan xanimları, qız övladlarımızı, gelinlerimizi, ana və nənələrimizin təbrik edirəm..Sağlam və bərəkətli ömür arzulayıram..
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay





