Xəbərlər
11.10.2026, 20:19
QIZLARIN QƏLBİNƏ DƏYMƏYİN HEÇ VAXT - FOTO
Qəzənfər Məsimoğlu
Göydə bulud kimi kövrələr, dolar,
Qönçəsi açılmaz, ləçəyi solar,
Dünyada ən böyük bir günah olar,
Qızların qəlbinə dəyməyin heç vaxt.
Sabaha xoş ümid gətirəndilər,
Sevgi çiçəkləri bitirəndilər,
Həsrəti, hicranı itirəndilər,
Qızların qəlbimə dəyməyin heç vaxt.
Neçə duymazları qınadı qızlar,
Neçə igidləri sınadı qızlar.
Sabahkı ən əziz anadı qızlar,
Qızların qəlbinə dəyməyin heç vaxt.
Göydə mələklərə döndü, yarışdı,
"Zöhrə"yə, qarışdı, "Dan"a qarışdı.
Əminamanlıqdı, sülhdü, barışdı,
Qızların qəlbinə dəyməyin heç vaxt.
Oğlanlar, vurulun, sevin, oxşayın,
Odlu eşqinizi aləmə yayın.
Qızları müqəddəs bir varlıq sayın,
Qızların qəlbinə dəyməyin heç vaxt.
Göydə bulud kimi kövrələr, dolar,
Qönçəsi açılmaz, ləçəyi solar,
Dünyada ən böyük bir günah olar,
Qızların qəlbinə dəyməyin heç vaxt.
Sabaha xoş ümid gətirəndilər,
Sevgi çiçəkləri bitirəndilər,
Həsrəti, hicranı itirəndilər,
Qızların qəlbimə dəyməyin heç vaxt.
Neçə duymazları qınadı qızlar,
Neçə igidləri sınadı qızlar.
Sabahkı ən əziz anadı qızlar,
Qızların qəlbinə dəyməyin heç vaxt.
Göydə mələklərə döndü, yarışdı,
"Zöhrə"yə, qarışdı, "Dan"a qarışdı.
Əminamanlıqdı, sülhdü, barışdı,
Qızların qəlbinə dəyməyin heç vaxt.
Oğlanlar, vurulun, sevin, oxşayın,
Odlu eşqinizi aləmə yayın.
Qızları müqəddəs bir varlıq sayın,
Qızların qəlbinə dəyməyin heç vaxt.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay





